Geri qaytarılan gedişhaqqı məbləğləri ilə bağlı - Açıqlama

“Kapital Bank” “BakıKart” ödənişləri zamanı istifadə edilən biletlərə görə geri qaytarılan məbləğlərlə bağlı məsələyə aydınlıq gətirib.
Açıqlamada deyilir:
“Bildiyiniz kimi, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gedişhaqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün “Birbank” mobil tətbiqində QR bilet yaratmaq kifayətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin “BakıKart” QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı, istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.
Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr - 4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.
Bu mövzuda sualları olan müştərilər “Birbank” mobil tətbiqində 29 noyabr - 4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 “Sorğu mərkəzi” ilə əlaqə saxlaya bilərlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2025, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu