“Çox iradəli qızdır, arzusuna çatmaq üçün...” - Mahir Emrelidən şok etiraflar
“Qarabağ”ın hücumçusu Mahir Emreli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- “Düdelanj”la gərgin keçən oyunda rəqibinizi böyük hesabla məğlub etməyi bacardınız. Əvvəlcə matç barədə təəssüratlarınızı öyrənmək istərdik...
- Avropa turnirində ilk üç xalımızı qazandıq. Əlbəttə ki, çox xoş haldır. Böyük hesabla qələbə qazanmaq onu göstərir ki, komandamız oyuna yaxşı hazırlaşmışdı və məşqçinin verdiyi bütün tapşırıqları düzgün yerinə yetirə bildik. Əslində oyun bizim üçün o qədər də rahat başlamadı, düşünməzdim ki, hesab 4:1 olacaq. İş elə gətirdi ki, ard-arda qollar vurduq. Rəqibin də yaxşı fürsətləri vardı, sevinirəm ki, sonda qalib gələn biz olduq.
- Oyunda xoşagəlməz hal yaşandı, dron vasitəsilə stadionun üzərində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı qaldırılan vaxt ağlınızdan nələr keçdi? Futbolçular arasında hansı söhbət oldu?
- O qondarma əski parçasını görəndə hər kəsdə bir hiss yarandı. Rəşad Sadıqov hakimə yaxınlaşıb nə isə deyirdi, Qara Qarayev topla dronu vurmaq istəyirdi, mən hakimə qışqırırdım ki, o əskini yerə salmaq lazımdır, onu meydandan çıxarın. Bir tərəfdən də anlayırdım ki, hakimin edəcəyi bir şey yoxdur. Legionerlər bizi sakitləşdirməyə çalışırdı. Riçard Almeydaya elə bil daha artıq motivasiya gəlmişdi, dedi ki, buradan məğlub qayıda bilmərik. Biz bilirik ki, hansı klubun adını daşıyırıq, ölkəmizin yaralı nöqtəsi Qarabağımızdır. İnandırım sizi hər matça müharibəyə gedirmişik kimi motivasiya ilə çıxırıq. O hadisələr yaşananda üzümü çevirdim ki, bizim azarkeş meydana daxil olmağa çalışır, onu tutdular, oyunçularımız kömək etmək istəyirdilər, elə bildim mühafizə ilə futbolçular arasında gərginlik var. Qaçdım ki, azarkeşi tutublar. Biz də istər-istəməz qərib yerdəyik, bizə dəstək olmağa gəliblər, imkan verə bilməzdik ki, belə vəziyyət yaransın, əlimizdən gələni etdik. Sağ olsunlar, azarkeşlər axıra kimi yanımızda oldular, düşünürəm ki, onların dəstəyi də bizə çox kömək oldu.
- Nəinki meydandakı futbolçular, “Qarabağ”dan gedən Ansi Aqolli, İbrahim Şehiç belə məsələyə sosial mediadan dərhal reaksiya verdi, Azərbaycanla bağlı paylaşım etdilər. Legionerlərin belə Qarabağı, Azərbaycanı sevməsi komanda ruhundan irəli gəlir, yoxsa baş məşqçinin təsiri var?
- Əlbəttə, baş məşqçinin böyük rolu var. Hər birimiz Qarabağın bizim üçün nə dərəcədə önəmli olduğunu bilirik. Komandaya istər legioner, istərsə də yerli futbolçu gələndə, Qurban müəllimin dediyi ilk söz, başa salmağa çalışdığı məsələ futbolla yanaşı Qarabağ adının bizim üçün nə qədər vacib olması ilə bağlıdır. Adi günlərdə belə Qurban Qurbanov deyir ki, gəzdiyiniz yerlərdə diqqətli olun, hansı klubun adını daşıdığınızı unutmayın. İstər-istəməz xaricdən gələnlər də Qarabağ müharibəsi dönəmində insanların nə yaşadığı ilə maraqlanır, insanların təpkisini görəndə bu məsələnin xalqımız üçün nə qədər həssas olduğunu anlayırlar. O sevgini içlərində yaşaya bilirlər. İbrahim Şehiçlə də, Ansi Aqolli ilə də kifayət qədər çox oynamışam, ikisi də Qarabağı həqiqətən çox sevirdi, Ansini bütün azarkeşlərimiz sevir, əsgərlərimizlə də gedib görüşmüşdülər. Yəni Qarabağ sevgisini dərk edirlər.
- Təxribatlara psixoloji hazırlıq olur, yoxsa Lüksemburqda yaşananlar ekspromt idi?
- Açığı, təxribat gözləmirdik. Artıq ikinci dəfədir belə hal yaşanır. Heç “Arsenal”la da oyunda gözləmirdik. Təsəvvür edin, oyuna köklənmisən, yalnız rəqibi udmaq haqda düşünürsən və belə bir xoşagəlməz halla qarşılaşırsan. Bizim üçün önəmlisi o idi ki, özümüzü toparlayıb qalib gələk, sözümüzü meydanda deyək. Biz siyasətçi deyilik, idmançıyıq, hər kəsin öz çalışdığı sahədə cavab tərzi var. Bizim də cavabımız yalnız qalib gəlmək olardı. Qələbə qazandıq və xalqımızı sevindirdik. Məncə, layiqli cavab verə bildik.
- Yeri gəlmişkən, ölkə başçısının Soçidə “Qarabağ Azərbaycandır və nida” bəyanatı, təxribata rəğmən “Qarabağ”ın böyük hesabla qələbəsi, Teymur Rəcəbovdan möhtəşəm qalibiyyət cəmiyyətdə xoş qarşılandı...
- Ermənilərə verdiyimiz hər cavab məndə də xoş hiss yaradır. Düşünürəm ki, bundan artığını da etməyi bacaracağıq.
- Aldığınız zədəyə görə millinin heyətindən uzaqlaşdırıldığınız xəbəri yayılıb. Ayrılıq müvəqqətidir?
- Avropa Çempionatındakı oyunda və yoldaşlıq matçında zədəmlə əlaqədar oynaya bilməyəcəyəm. Yəni bu heyətdən çıxarıldım.
- Niyə digər futbolçularla müqayisədə daha çox tanınırsınız? Hətta futbolla maraqlanmayan xanımlar belə sizi tanıyır, matça gəlir...
- Mən tanındığımı düşünmürəm (gülür). Bunun mənə xoş olub-olmadığı barədə bir söz demək istəmirəm. Bütün media işçilərindən xahiş edirəm ki, mənimlə bağlı material hazırlayanda karyeramla bağlı suallar ünvanlansın, ailəm, şəxsi həyatımın mediada işıqlandırılmasını istəmirəm. İndi elə yaşdayam ki, üstünlüyü karyerama verməliyəm. Məşhurluğun və digər şeylərin dadını daha sonra da yaşamaq olar. Nə qədər ki cavanıq, güc var, gördüyümüz işdən həzz almalıyıq.
- Dünyada Ronaldo, Messi çox populyardır. Türkiyə klublarının birindən gələn dəvəti qəbul etməmişdiniz. Onlar qədər tanınmağa iddialı deyilsiniz?
- Yox, qəbul etməmək məsələsi deyil. Orada detallar var ki, heç bəlkə özüm də bilmirəm. İdealistəm və xəyal qurmağı çox sevirəm, düşünürəm ki, məşqçilərimin sözünə əməl edib, özümü toparlayıb üzərimdə daha çox işləsəm, bundan da artıq nə isə edə bilərəm. Hər şey Allahın əlindədir, nələr olacağını biz bilə bilmərik.
- Qalibiyyətə aparan yolda xüsusi taktikanız var?
- Futbolda 11 nəfər oynayır və təkbətək döyüş növlərindən fərqli olaraq komanda oyunudur, matça necə köklənməyimizin də müəyyən təsiri olur. Məşqdə taktika qura bilərsən, amma oyun zamanı ola bilər, həmin məqam bir dəfə ələ düşər. Yaxud məşqdə bir şey üzərində işləyirik, amma oyunda elə bir epizod olmaya bilər. Hər bir situasiyanı epizoda görə dəyərləndiririk. Futbolda ən önəmli şey rəqibi analiz etməkdir.
- Son vaxtlar topu çox saxlamağınız azarkeşlərin də etirazına səbəb olur. Bu, nə ilə əlaqədardır, daha gözəl oynamaq üçün ?
- İrəlidə oynayan oyunçunun top itirməsi normaldır. İstər-istəməz top səndə çox olur, nələrsə etməyə çalışmalısan, zərbə vurmalı, ötürmə verməli, rəqibi aldatmalısan. Bunu edəndə də istər-istəməz top itirdiyimiz anlar olur. Siz yəqin qışda olan oyunu nəzərdə tutursunuz. Qurban müəllimin millidə olduğu dönəmdə idi.
- Hətta Qurban Qurbanov da Avrokubok oyunlarının birində epizodda ötürmə vermədiyiniz üçün bərk əsəbiləşmişdi...
- Onu xatırlamıram. Bəli, azarkeşlər məni fitə basmışdılar, soyunub-geyinmə otağında pis olmuşdum, hətta o hadisədən sonra ağladım. Amma Qurban müəllim mənə yaxınlaşıb dedi ki, sona qədər sənin yanındayam, çalış öz üzərində çox işləyəsən.
- Tez ruhdan düşünürsünüz?
- Yox.
- Amma tamaşaçının reaksiyasına önəm verirsiniz, elə deyilmi?
- Dəstək hər bir futbolçu üçün önəmlidir. Futbolu azarkeşlərə görə oynayırıq. Boş teatr olsa, kim çıxıb tamaşa oynayar? Tamaşçının hər zaman razı getməsini istəyirsən. Təbii ki, razı olmadığı anlar da olur. Əlimizdən gələni edirik ki, onları sevindirək.
- Qələbə və məğlubiyyət zamanı yaşadığınız hissləri necə ifadə edərdiniz?
- İnsan qələbə qazananda təbii ki, sevinir. Məğlub olan zaman isə pis oluruq. Amma bəzən məğlubiyyətin xeyrini görürsən. Ona görə də hər iki hiss gözəldir.
- Nə mənada?
- Oyunu udanda insanda özündən razılıq hissi formalaşa bilər. Amma elə bir rəqibinə məğlub ola bilərsən ki, göylərdən yerə enərsən. Ona görə də səhvlərdən nəticə çıxarmaq lazımdır.
- Hansı məğlubiyyətdən nəticə çıxarmısınız?
- O qədər məğlubiyyət olub ki. Deməzdim ki, hansısa rəqibi ciddiyə almamışıq. Futboldur və “hər zaman qələbə qazanacaqsan” deyə bir anlayış yoxdur. Danimarkanın “Kopenhagen” komandasına qarşı oyunda məğlub olmuşduq, amma ev oyununda qalib olmuşduq deyə bizim üçün gözəl məğlubiyyət idi.
- Komandada kiminlə yaxınsınız? Hansı futbolçunun sözü, təskinliyi sizin üçün vacibdir?
- Mənim üçün ən vacibi baş məşqçimizin fikirləridir. Qurban müəllim, Elçin Rəhmanov, kapitan Rəşad Sadıqovun sözləri olduqca önəmlidir. Bilirəm ki, mənim qədər onlar da yaxşılığımı istəyirlər. Kiminləsə soyuq olduğumu deməzdim, amma daha yaxın olduğum futbolçular var. Maksim, Şahruddin, Abbas, Riçardla daha yaxınam. “Qarabağ”a yeni gələndə 18 yaşım vardı, bir az sıxılırdım. O zamanlar komandada Eltun Yaqublu oynayırdı, onunla dost olduq və bu gün də dostluq əlaqəmiz qalır. İlk zamanlarda mənə çox köməklik göstərirdi. Komandaya gələndə yoldaşlarımın hamısı təcrübəli oyunçular idi, hər zaman mənə böyük qardaş olublar. Hər bir futbolçu çalışır ki, öz balaca qardaşlarını qoruyub-qollasın.
- “Bakı”dan “Qarabağ”a keçidiniz necə oldu? Birdən-birə güclü komandanın heyətinə daxil olmaq hər kəsə nəsib olmur...
- “Bakı”nın heyətində olanda Fransanın “Lans” klubuna yoxlanışa getmişdik. Elə oldu ki, məni orada bəyəndilər, o zaman 17 yaşım var idi deyə müqavilə imzalaya bilmirdilər. Ailəmin bir üzvü gəlib Fransada işləməli, oturum izni alınmalı idi. Təklif elədilər ki, bir il qalıb məşq edim, 18 yaşım olanda müqavilə imzalansın. Yaxud “Bakı” klubuna qayıdıb 18 yaşında yenidən “Lans”a gəlmək təklifi irəli sürülsün. Tez-tez direktorla, məşqçi ilə danışırdıq. Kubok yarışlarının birində “Qarabağ”la oyun zamanı Qurban Qurbanov mənim oyunumu görüb bəyəndi və oturub transfer barədə danışdıq. Evdə də dayılarım, anam oturub məsləhət elədik, düşündük ki, doğru qərar “Qarabağ”a keçmək olar. Ümumiyyətlə, dayılarım Etibar və Bəxtiyar Ağayevlərin, əmim Müşfiq Mədətovun futbolla arası yaxşıdır. Daim onların dəstəyini hiss etmişəm.
- Sizi futbolçu kimi kim kəşf edib?
- Deməzdim ki, mənim üzərimdə sırf bir adamın rolu var. Nurəddin Məmmədov, Kamen Vasilinin ayrı-ayrılıqda üzərimdə əməyi var. Amma əlbəttə ki, özünüz bilirsiniz Qurban Qurbanovun rolu çox böyükdür.
- Azərbaycanda futbol ənənəsinin tarixi uzun illərə gedib çıxmır. "Bakı" futbol klubuna gəlişiniz necə oldu?
- Həmişə 151 nömrəli məktəbin arxasında uşaqlarla futbol oynayardıq. Onda məhəllə uşaqlarından bir neçəsi “Bakı” futbol klubuna gedirdilər. Bir dəfə məşqçilər bizim yanımızdan keçəndə məni bəyənib və uşaqlara deyiblər ki, o, uşağı mənim yanıma gətirin. Beləliklə, “Bakı” futbol klubundan başladım.
- Gələcəkdə hansı komandada oynamaq istərdiniz?
- Top klubların birində oynamaq arzumdur. Fanatı olduğum klub “Qalatasaray”dır. O klubun dəlisiyəm. Çox istəyərdim ki, orada oynayım. Yazırdılar ki, “Beşiktaş”a gedirəm. Heç özüm də hansı klubdan təklif gəldiyini bilmirəm.
- “Qalatasaray”dan təklif gəlsə, gedərsiniz?
- Əlbəttə, gedərəm.
- Arda Turanla deyəsən dostluğunuz var, ad gününüzdə təbrik etmişdi...
- Yox, dostluğum yoxdur. Biz ikimiz məşhur bir şəxsi təbrik etmişdik.
- Sizin fotolarınızı bir çox müğənnilər, Röya Ayxan və başqaları sosial şəbəkədə paylaşırlar. Sizə dəyər verən məşhurlar az deyil. Bəlkə də ailənizin incəsənət aləmindən olması ilə bağlıdır...
- Ailəmdən yox, ailə tərbiyəsindən irəli gələ bilər. Heç zaman tərbiyəmi pozmamışam, məsafəmi qorumuşam. Sənət adamlarının gözlərinin qabağında böyümüşəm. Bunun da təsiri ola bilər.
- Dostluq etdiyiniz müğənni varmı?
- Elton Hüseynəliyev, Zamiq Hüseynov ilə dostluq münasibətimiz var.
- Xüsusilə Röya Ayxan tez-tez uşaqlıq fotolarınızı İnstaqramda paylaşır, qələbə münasibətilə təbrik edir...
- Röya Ayxan ilə tez-tez görüşdüyümüz zaman olur. Çünki final oyunlarında çıxış edir, konsertdən öncə salamlaşarıq. Amma sonuncu dəfə 2017-ci ildə İslam Həmrəylik Oyunlarında görüşmüşdük. Şəkilimizi də orada çəkdirmişdik.
- Hansı müğənninin ifası sizi sakitləşdirir?
- Yorğun olanda Yunanıstanın “Yanni” qrupunun musiqilərini dinləyəndə sakitləşirəm. Eləcə də “MHD” fransız qrupunu dinləyirəm. Özlərinə xas stilləri var. Öncələr Hüseyn Dəryaya çox qulaq asırdım.
- Mütaliə etməyi sevirsiniz? Sonuncu dəfə hansı kitabı oxumusunuz?
- İsveçli futbolçu Zlatan İbrahimoviçin kitablarını oxuyuram.
- Bəs, bədii ədəbiyyat necə?
- Mən daha çox insanın özü haqqında qələmə aldığı kitabları oxumağı sevirəm. Mənə həmin şəxsin bioqrafiyası maraqlıdır. Belə kitablar məni motivasiya edir. Ona görə də insanların həyatını oxumaq mənimçün maraqlıdır. Zlatan İbrahimoviç ən sevdiyim oyunçudur və kumirimdir. Ona aid nə varsa, hər zaman oxumağa çalışıram. Yeri gəlmişkən, İbrahimoviçin kitabını artıq bitirmişəm, Şeyx Şamil haqda kitaba başlamışam.
- Gələcəkdə memuar yazmaq istərdiniz?
- Bu haqda müəyyən yaş keçdikdən sonra düşünə bilərəm. Hazırda yalnız futbolu düşünürəm. Çünki 22 yaşındayam, gəncəm, bütün gücümü futbola qoyuram. Qalan vaxtımı isə səmərəli keçirməyə çalışıram, kitab oxuyub musiqi dinləyə bilərəm.
- Sizin Sulutəpə qəsəbəsində yerləşən evinizdə oğurluq olmuşdu. Oğruları bağışlamaq fikriniz varmı, çünki çox gənc, bəlkə də sizinlə yaşıddırlar, yoxsa cəza çəkmələrinin tərəfdarısınız?
- Mən onları görməmişəm.
- İstintaqın yekunu ilə bağlı nə deyə bilərsiniz?
- Bu haqda məlumatlı deyiləm. Bütün məsələlərlə dayım və anam maraqlanır. Məni belə məsələlərdən uzaq tutmağa çalışırlar. Bu hadisənin oyunuma təsir etməsini istəmirlər. Evdə hamı əlindən gələni edir ki, futbolda nəticəm yaxşı olsun.
- Yaxın günlərdə bacınız Aişə ilə bağlı təsirli video paylaşılmışdı. Onun gələcəyi ilə bağlı nə düşünürsünüz?
- Bacım İtaliyada təhsil alır. Magistratura pilləsini isə İspaniyada davam etdirməyi düşünür. Çox iradəli qızdır, arzusuna çatmaq üçün əzmlə çalışır. Xaricdə oxumağı çox istəyirdi.
- Bacınızı çox gözəl xarakterizə etdiniz. Maraqlıdır ki, sizin xarakteriniz necədir?
- Məni dostlarımdan soruşun (gülür). Məsələn, sərt xarakterli deyiləm.
- Çoxları barənizdə özünüzdən razı olduğunuz düşüncəsindədir. Hətta yerişinizdən belə bunun hiss olunduğunu deyirlər. Bu fikirdə olanlar nə qədər haqlıdırlar?
- Bəli, bu haqda eşitmişəm. Məni Allah belə yaradıb. Hər insanın öz xarakteristikası var. İnsanların haqqımda bu cür düşünməsi məni üzür. Yeriyəndə özümdən razı olduğumu düşünmürəm. Hətta hərdən yerişimi dəyişmək, başqa cür geyinmək barədə fikirləşirəm. Sonra da özlüyümdə deyirəm ki, o zaman mən özüm olmayacam axı.
- Gənc qızlar İnstaqramda sizə çox yazırlar?
- Direktə gələn mesajları oxumuram.
- Bəlkə önəmli nəsə yazanlar var?
- İnstaqram səhifəmi mənimlə yanaşı başqa şəxslər də işlədir. Sadəcə xəbərləri oxumaq üçün İnstaqrama baxıram. Amma qeyd etdiyim kimi heç vaxt direktə gələn mesajları oxumuram.
- Bir çox futbolçular şou-biznes aləmində də tanınırlar. Eləcə də müğənni və modellərlə sevgili olanlar var. Siz necə, onlarla evlənərsiniz?
- Bu haqda danışmaq istəmirəm. “Yox” deyərəm, başıma gələr. (gülür) “Hə” deyərəm, başqa bir şey olar. Hər şey Allahın əlindədir. Allahdan həmişə arzulamışam ki, mənə layiq olduğum hər şeyin yaxşısını qismət eləsin. Hər bir insana da bunu arzulayıram.
- Neçə yaşınızda evlənməyi düşünürsünüz?
- Hələ ki, evlənməyi düşünmürəm.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2019, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2019, 11:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08