reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nüfuzlu alim və tanınmış iqtisadçı Rusiya pasportundan imtina etdi - Foto

reklam

Nüfuzlu alim və tanınmış iqtisadçı Rusiya pasportundan imtina etdi - Foto

















"Mən açıq şəkildə Putin rejiminin müharibəsinə qarşı çıxan ləyaqətli insanların arasında olmaqdan şərəf duyuram..."

Rusiya alimi, Ali İqtisadiyyat Məktəbinin Marketinq Departamentinin elmi rəhbəri, Rusiya iqtisadi təhsil sisteminin yaradıcılarından biri, iqtisad elmləri doktoru İqor Lipsits Rusiya vətəndaşlığından imtina edib.

Bu barədə o, özünün "Telegram kanal"ında yazıb.

Məlumatı "currenttime.ua" nəşri yayıb.

Məlumatda deyilir ki, o, bu qərarını "xarici agent" məhdudiyyətlərinə əməl etməkdən imtina etməsi ilə izah edib.

"Artıq "xarici agent" nişanını yerləşdirməyə borclu deyiləm və bunu etməyəcəyəm. Amma "Rusiyanın xarici agenti" titulunu Vətənimin mənə verdiyi vida medalı kimi saxlayacağam, çünki bu, məni açıq şəkildə Putin rejiminin müharibəsinə qarşı çıxan və arasında çoxsaylı ləyaqətli insanların olduğu rusiyalılar dairəsinə daxil edib. Bu dairəyə aid olmağı şərəfli hesab edirəm", -  o, vurğulayıb.

Lipsits həmçinin Moskvanın Xamovniki Məhkəməsinin qərarını dərc edib. Məhkəmə ona Rusiyanın ictimai hakimiyyət orqanlarının qərarları haqqında fikirlərini yaymaqla "siyasi fəaliyyət göstərdiyi" üçün 30 min rubl cərimə kəsib.

Lipsits bunun üçün Ədliyyə Nazirliyindən özünü "xarici agent" kimi tanımağı xahiş etməyib. Bu cərimə 2024-cü ilin avqustundan bəri Lipsits üçün ikinci olub, bu da onun Rusiya vətəndaşı olaraq qalacağı təqdirdə Rusiya İstintaq Komitəsinə onun əleyhinə cinayət işi başlamaq imkanı verəcəkdi.

"Xarici agent ol ya olma, müharibəni maliyyələşdirmək üçün xəzinəyə pul ödəməlisən! Amma o pulları onlara verməyəcəyəm. Mən artıq Rusiya Federasiyası vətəndaşlığından çıxma prosedurunu rəsmi olaraq tamamlamışam və buna görə də Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsi və Xamovniki Məhkəməsinin qərarları mənim üçün əhəmiyyətli deyil", - deyə alim vurğulayıb.

İqor Lipsits Ali İqtisadiyyat Məktəbinin təsisçilərindən biridir. O, Rusiyada ilk dəfə 7-ci sinifdən 11-ci sinfə qədər tam iqtisadiyyat dərsliyi tsiklini hazırlayıb. Universitetlər üçün 3 dərsliyin və Rusiyanın aparıcı nəşriyyatları tərəfindən buraxılan çoxsaylı kitabların müəllifidir.

2024-cü ilin martında "xarici agentlər" reyestrinə daxil edilib. Daha sonra bu status səbəbindən onun iqtisadiyyat üzrə dərslikləri məktəb proqramından çıxarılmağa başlanıb./Moderator.az





Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər