reklam
Regionxeberlericom.az » Cəmiyyət » Pakistanda Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi tapıldı

reklam

Pakistanda Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi tapıldı


















Almaniyanın Pakistandakı Səfirliyinin müşaviri Tomas Bielefeld İslamabadda evində ölü tapılıb.

“Bild” qəzeti xəbər verir ki, bundan əvvəl 2 gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb. 

Qəzet yazıb ki, 58 yaşlı Tomas diplomat hesab edilsə də, əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə işləyib: “O, uzun müddətdir Almaniyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq edib və çox təcrübəli əməkdaş hesab olunurdu”.

Bildirilib ki, T.Bielefeld iki gün işə gəlmədikdə və zənglərə cavab vermədikdə, səfirliyin iki əməkdaşı onun evinə yollanıb və burada cansız bədənini aşkar ediblər. 

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər