reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şah İsmayıl və İraqdakı İmamlara Məxsus Məqbərələrin Təmir-bərpası

reklam

Şah İsmayıl və İraqdakı İmamlara Məxsus Məqbərələrin Təmir-bərpası


















- Şah bu ayda İmam Əli (ə) hərəmini ziyarət etmişdi

İbrahim Əmini Hərəviyə görə 1508-ci ilin yaz fəslində Şah İsmayıl Bağdada doğru hərəkət etdi. O, Həmədan yaylağında ikən çoxdankı arzusu olaraq imamların Nəcəf, Kərbəla və digər İraq şəhərlərində olan məzarlarını ziyarət etmək qərarına gəldi.

Qızılbaş sərkərdələri şahın fikrini dəstəklədilər və ilk növbədə Bağdada elçi göndərildi. O zaman Bağdad və ətrafı sabiq Ağqoyunlu hökmdarı Muradın bölgədə valisi olmuş Barik Pornak bəyin nəzarətində idi. Elçilik işi yaxşı nitqi olan yasavul Xəlilullah Ağaya tapşırıldı. Ona tapşırıldı ki, Barik Pornak bəyə şahın lütfünün onun halına şamil olacağını çatdırsın.

Səfəvi qaynaqlarının yazdığına görə Bağdadda şahla görüşən şiə üləmaları arasında Seyid Məhəmməd Kəmunə və Mühəqqiq Kərəki də var idi. Qazi Əhməd Qumiyə görə, Şah İsmayıl Bağdadı tutanda orada həbs

edilən seyidlərin nəqibi Məhəmməd Kəmunəni və Şeyxüt-taifə Əbdül-al Mühəqqiq Kərəkini (1461-1534) zindandan çıxardı və onlarla birgə imamların ziyarətinə yollandı.

Əmini yazır ki, Seyid Kəmunə şah üçün dualar etdi. Şah seyidi təpədən dırnağa kimi nəfis xələtlərə bürüdü və çoxlu hədiyyələrlə onu Bağdada göndərdi. Şah İraqda nəqiblik vəzifəsini ona həvalə etdi. Şah tez bir zamanda Nəcəf və Kərbəlada İmamların məzarını ziyarət etməyə yollanmağa can atırdı.

Ona görə Bağdadda bir neçə gün qaldı. Şah rəcəb ayı girər girməz Kərbəla və Nəcəfə yollandı.

Şah İsmayıl və qızılbaş sərkərdələri Hillə şəhərinə, oradan da Kərbəlaya yollandılar. Onlar rəcəb ayının birinci gecəsi Kərbəlaya çatdılar və birbaşa İmam Hüseynin məzarına üz tutdular. Şövq və heyrət içində olan şah qabaqda tək gedib İmamın asitanını öpdü, ziyarət namazını qılandan sonra məqbərənin müxtəlif yerlərilə bağlı nəql edilmiş dualar və münacatları oxudu. Bu ziyarət əməllərinin sonunda özünü İmamın asitanında olan torpağa atdı. Ziyarətdən sonra göstəriş verdi ki, İmam Hüseynin zərihi təmir və mütəhhər məqbərə nəfis parçalarla, qızıl şamdanlar və çıraqdanlarla təchiz edilsin.

Habelə, göstəriş verdi ki, məqbərənin divarlarına qızıl sapla toxunmuş pərdələr asılsın, gümbəzi təmir edilsin və gözəl xalçalar salınsın. Şah ondan sonra Kərbəla camaatı üçün hamının toplana biləcəyi məclis və süfrə təşkil etdi. Şah öz mətbəxinin baş aşpazına misli görünməmiş məclisin təşkil edilməsini tapşırdı. Şahın əlində olan nə ruzi var idisə o süfrəyə qoyuldu. O süfrəyə

(qırmızı ətdən əlavə) toyuq və balığ əti və müxtəlif yumurtalar da qoyuldu.

Camaat ehsan süfrəsindən bəhrələndikdən sonra şah onlara xələtlər və geyimlər paylamağa başladı. Şah camaatın tanınmışları və ağsaqqalarına lətafətli parçalardan, adi camaata isə onlara münasib geyimlərdən verib geyindirdi. Çoxlu dinar və dirhəm paylayaraq möhtac insanları ehtiyaclı

durum vəziyyətindən çıxartdı.

Şah bu səfərdə azərbaycanlı şair Məhəmməd Fizuli ilə də görüşüb və şair “Bəngü-badə” mənzuməsini Şah İsmayıl Xətaiyə ithaf edib. Habelə, Məhəmməd Fizuli İmam Hüseynin və əshabının Aşura günündə şəhid olmasına dair məqtəl janrında yazdığı “Hədiqətüs-süəda” əsərini də məhz Şah İsmayılın tövsiyəsi ilə qələmə alıb.

Şah İsmayıl növbəti gün Hillə şəhərinə qayıtdı və oradan Nəcəf şəhərinə yollandı. Şah İsmayıl uzaqdan İmam Əlinin münəvvər məqbərəsini görəndə özünü atdan yerə atdı, payi-piyada müəttər hərəmin asitanını öpməyə yollandı. Ağlamasının fəğanı səmaya çatmışdı. Ağlaya-ağlaya gedib o asitanın zəvvarı oldu. O, bu asitanda ehtiyac əlini açmışdı.

İbrahim Əmini Hərəvi yazır:

O əziz məzarın qarşısında duranda dua edib salam verdi. Salam olsun sənə ey Allahın yer üzündə əmanətdarı və bəndələri üzərində höccəti, Salam olsun sənə ey möminlərin əmiri, Şahidlik edirəm ki, sən Allah yolunda lazımı şəkildə cihad etdin, onun kitabına əsasən əməl etdin, Allahın Peyğəmbərinin (s) sünnəti ilə getdin. Sonda Allah səni seçib öz civarına çağırdı. Bütün məxluqat qarşısında olan höccətlərinə əsasən səni düşmənlərinin qarşısında höccətli etdi.

Bundan sonra şah göz yaşı axıda-axıda məzara yaxınlaşıb ehtiyac əlini açdı. Ziyarətlə bağlı nəql edilmiş dua və münacatları o asitanda oxudu. O, asitanda Allahdan dünya və axirət səadəti diləyərək

bu duanı etdi:

"İlahi duamı müstəcab, həmd-sənamı qəbul et, Məhəmmədə, Əliyə, Fatiməyə, Həsən və Hüseynə xatir qiyamətdə mənlə övliyalarını bir araya gətir. Sən mənə verilən nemətlərin sahibisən, Sən dünya və axirətdə arzularımın ən sonu və ümidimin qayəsisən."

Şah ziyarət əməllərini bitirib İmam Əlinin hərəmi ilə bağlı bir sıra göstərişlər verdi. Habelə, Zərihin təmiri, nəfis parçalarla örtülməsi, məqbərənin işıqlandırılması üçün şamdanlar və çıraqdanların qoyulması, qiymətli pərdələrin asılması, ipəkdən xalça və kilimlərin hərəmə salınması, davamlı olaraq gecə və gündüz məqbərədə acların yedizdirilməsi, sədəqələrin və ənamların verilməsi və vəqf ərazilərin təyin edilməsi ilə bağlı göstərişlər verildi.

“Gülşəni-Murad” əsərinin müəllifləri Nəcəf şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edərkən Şah İsmayılın Fəratdan bu şəhərə su kanalı çəkdirməsinə də toxunurlar.

Səfəvi dövrünün ən erkən tarixçilərindən olan Qiyasəddin Xandəmir (1475-1535) yazır:

"Şah növbəti dəfə məsum İmamların məqbərələrinin rövnəqlənməsi və genişləndirilməsi işi ilə məşğul oldu. Şah (İraqda olan) hər altı imamın Kəbəyə bənzər məqbərəsi üçün aylıqlar ayırdı. Göstəriş verdi

ki, tabelikdə olan bütün məmləkətlərdən peşəkar sənət adamları və bacarıqlı mühəndisləri Bağdada toplasınlar. Onlara göstəriş verildi ki, altı ədəd İslami və bitki ornamentlərini ehtiva edən nəqşlərlə işlənmiş olduqca keyfiyyətli və gözəl zərih hazırlansın.

Qədimi zərihlər o müəttər məqbərələrdən götürülsün, yeni zərihlər onların yerinə quraşdırılsın. Sonra həmin zamana qədər Xəlifə Xadim bəy Talış adlanan sərkərdəsinə Xəlifətül-xüləfa və Əbul-Mənsur ləqəbini verərək, bütün İraqi-ərəbin hakimiyyətini ona həvalə etdi. Əziz İmamların məzarlarının işini də ona tapşırdı."

İstinad: 1-ci Beynəlxalq Şah İsmayıl Xətayi Simpoziumu Materialları/ Bağırov Samid, "Şah İsmayıl və məqbərələrin təmir-bərpa işləri"

Milli Kimlik




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər