Sabah yağış yağacaq
Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.
Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq rayonlarında yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər