Gömrük Komitəsi bir neçə aydır əməkdaşlarına əməkhaqqı vermir - ŞOK İDDİA
Dövlət Gömrük Komitəsinin əməkdaşları bir neçə aydır əməkhaqqı ala bilmir.
Bu barədə həmin qurumda çalışan şəxslər müraciət ediblər.
Onların sözlərinə görə, oktyabr ayından bəri komitədə işçilərə məvacib verilmir. Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlər, buna görə haqlı olaraq narazılıq edənlər az deyil. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var.
Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini, artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinə bir neçə dəfə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 21:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər