Banklarla bağlı ŞAD XƏBƏR - FAİZLƏR...
Ötən ilin son 4-5 ayında kredit faizlərində artım müşahidə olunub.
Mərkəzi Bankın məlumatına görə, artım cüzi olub və bu, dövlət xəzinə qalığının artımı ilə əlaqəlidir.
Mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, kredit faizlərinin az və ya çox artması dolayı yolla bazar və xidmət sahələrində də qiymət artımına səbəb olur. Buna səbəb isə xüsusən də biznes kreditlərinin faizlərinin artmasıdır. Çünki bu artım həmin dövr üçün istehsal olunan məhsulun maya dəyərinə təsir edir.
Rəşad Həsənov əlavə edib ki, banklar faizlərdəki artımı qısamüddətli dövr üçün planlayıb. Uzunmüddətli dövr üçün isə faiz dərəcələrinin artan yox, azalan istiqamətdə hərəkəti gözlənilir.
Ekspert onu da qeyd edib ki, yanvar ayından etibarən artıq kredit faizlərində azalma müşahidə olunur. Bu isə orta dövrdə bazarda və xidmət sahələrində hiss olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər