İmamoğlu ifadə verdi -Yenilənib
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində başladılan iki araşdırma çərçivəsində bu gün ifadə verəcək.
“Yeni Şafak” xəbər verir ki, İmamoğlu ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedəcək.
Xatırladaq ki, İmamoğlu bir neçə gün əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.
***
İmamoğlu ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedib.
***
“Cümhuriyet”in məlumatına görə, Ə.İmamoğlunun ifadə vermə prosesi başa çatıb.
Qeyd olunub ki, İmamoğlu ifadə verərkən məhkəmənin önündə polislə onun tərəfdarları arasında qarşıdurma yaşanıb.
İstanbulun meri daha sonra məhkəmənin önünə toplaşan tərəfdaşlarının qarşısında çıxış edib. İmamoğlunu dəstəkləmək üçün məhkəmənin önünə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da gəlib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər