Dekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMA
“Bu il də əfvlə bağlı müraciət edən məhbusların sayı kifayət qədər çoxdur”.
regionxeberlericom.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, komissiyanın üzvü, hüquq müdafiəçisi olduğuna görə, onun özünə də müxtəlif müraciətlər ünvanlanır:
“Bütün müraciətləri komissiyanın rəhbərliyinə yönləndirirəm. Müraciətlərlə bağlı müvafiq arayışlar tam hazır olandan sonra komissiyanın sədri əfvlə bağlı hazırlıq üçün iclaslar çağırır. Hazırda iclaslar çağırılmayıb və yaxın günlərdə də bununla bağlı məlumatlar yoxdur. Əfv sərəncamının verilməsi ölkə başçısının səlahiyyətində olduğundan bununla bağlı ilkin fikir yürütməyimiz düzgün olmaz. İlin sonunda prezident sərəncam imzalayarsa, əfv olacaq”.
Ə. Nuriyev prosedur qaydalarına da toxunaraq vurğulayıb ki, hər bir müraciətə fərdi şəkildə baxılır:
“Bütün məhbusların məlumatlarını fərdi şəkildə incələyirik. Şəxsin identikliyi, cinayətin xarakteri, məhbusun ailə və sağlamlıq vəziyyəti, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi, azadlığa çıxmaq istəyən şəxsin cəmiyyətə təhlükəsiz olub-olmaması və s. kompleks şəkildə nəzərə alınır. Hər hansı şəxsə ayrıseçkilik qoymadan, ətraflı dəyərləndirildikdən sonra komissiya rəhbərliyinə müvafiq siyahı verilir.
Əfv humanizm institutu olaraq Azərbaycanda mütəmadi tətbiq edilir. Bu il də əfv olacağına ümid edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2019, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-10-2019, 15:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01