reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ərdoğanla Əhməd əl-Şaara arasında görüş başlayıb - Fotolar

reklam

Ərdoğanla Əhməd əl-Şaara arasında görüş başlayıb - Fotolar

















Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara Türkiyədə səfərdədir.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada, Prezident Kompleksində qonağı qəbul edir.

İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və Şaara birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. 

Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib.

Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.

 




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 19:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər