Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə baş vermiş qəzanın təhqiqatına dair ilkin hesabat”ı dərc edib.
Bu hesabatda təqdim olunan məlumatlar ilkindir.
İş başa çatdıqdan sonra nəticələrə dair Yekun Hesabat hazırlanacaq.
Hesabatda istintaq komissiyasının hava gəmisinin konstruksiyasının zədələnməsinin ətraflı yoxlanılmasını davam etdirdiyi bildirilir.
“Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkalanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”, - hesabatda qeyd olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 20:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər