reklam
Regionxeberlericom.az » Cəmiyyət » Famil Xəlilova hökm oxundu

reklam

Famil Xəlilova hökm oxundu

















Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham edilən ictimai fəal Famil Xəlilovun məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər belə qənaətə gəliblər ki, müttəhimə külli miqdarda qanunsuz narkotik dövriyyəsi maddəsi ilə verilmiş ittiham eyni maddənin daha yüngül - satış məqsədi olmadan narkotik vasitəni əldə etmə, daşıma və ya saxlama bəndinə tövsif edilməlidir. Eyni zamanda ona cəza təyin edilərkən sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. 

Hökmə əsasən, F.Xəlilova 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Qeyd edək ki, təqsirləndirilən ictimai fəal sağlamlıq vəziyyəti ilə bağlı ev dustaqlığına buraxılmışdı.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 17:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər