reklam
Regionxeberlericom.az » Cəmiyyət » Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - Video

reklam

Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - Video

















Göygöl şəhərinin Azay Kazımov küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsində nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi plan üzrə yoxlama aparıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, həmçinin sözügedən tutumların sahibkarın müraciəti əsasında agentlikdə qeydiyyatdan çıxarıldığına baxmayaraq istismar olunduğu, eləcə də bu tutumlardan birinin dövri müayinəsinin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər