![reklam](/templates/tema/images/saythazir.png)
Havada gizli təhlükə var: Gözlə görünməsə də, ÖLDÜRÜR...
Hər gün nəfəs aldığımız hava nə qədər təmizdir? Gözlə görünməyən, lakin həyatımızın hər anında içimizə çəkdiyimiz hava, bəlkə də sağlamlığımıza ən böyük təhlükələrdən birini yaradır.
Avtomobillərin tüstüsü, fabriklərin emissiyaları və şəhərlərdə dayanmadan davam edən tikinti işləri tədricən nəfəs aldığımız havanı ağırlaşdırır. Səhərlər açıq havaya çıxdığınızda dumanlı bir mənzərə və ya boğucu bir qoxu hiss edirsinizmi? Əgər belədirsə, bu, hava çirkliliyinin şəhərinizdə getdikcə artdığını göstərən bir siqnaldır.
Hava çirkliliyi yalnız böyük sənaye şəhərlərinin problemi deyil. Bu, bütün dünyada milyonlarla insanın sağlığını təhlükəyə atan, lakin çox vaxt gözardı edilən qlobal bir böhrandır. Bəs, çirkli havanın bizim və ətraf mühitimiz üçün fəsadları nədir? Bu görünməz düşmənə qarşı necə mübarizə aparmaq olar?
Yenisabah.az bununla bağlı araşdırma edib.
Havanın çirkli olub-olmadığını müəyyən etmək üçün bir neçə əsas göstəricidən istifadə olunur. Bunlardan ən önəmlisi Hava Keyfiyyəti İndeksi (AQI – Air Quality Index)-dir. AQI havadakı çirkləndirici maddələrin konsentrasiyasını ölçərək, hava keyfiyyətinin insan sağlamlığına necə təsir edə biləcəyini göstərir.
Digər tərəfdən vizual müşahidə də burada rol oynayır. Havanın dumanlı, boz və ya tutqun olması çirklənmənin yüksək olduğunu göstərə bilər. Xüsusilə səhər və axşam saatlarında günəş şüalarının süzülməsi çətinləşirsə, hava çirkliliyi artıb.
Açıq havada tənəffüs problemi yaşayırsınızsa, yaxud kəskin qoxu hiss edirsinizsə, bu da başqa bir əlamətdir. Hava çirkliliyinin artdığı zaman insanlar nəfəs almaqda çətinlik çəkə bilər. Kimyəvi və ya yanıq qoxusu hiss olunursa, havada çirkləndirici qazların miqdarı yüksək ola bilər.
Hava çirkliliyi insan səhhətinə olduqca mənfi təsir edir. Çirkli hava tənəffüs yolları xəstəliklərindən tutmuş ürək-damar problemlərinə qədər bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə, toz hissəcikləri (PM2.5, PM10), azot dioksid (NO₂), kükürd dioksid (SO₂) və karbon monoksid (CO) kimi çirkləndiricilər ağciyərlərə və qan dövranına daxil olaraq ciddi fəsadlara yol aça bilər. Tənəffüs yolları problemləri, ürək-damar xəstəlikləri, sinir sistemi pozğunluqları, immun sisteminin zəifləməsi kimi ciddi problemlər çirkli havanın insan orqanizminə vurduğu zərərin sadəcə bir hissəsidir. Bununla yanaşı, havada toz və qazların miqdarının çox olması uşaqlarda ağciyər inkişafına mane olur, yaşlılarda isə xroniki xəstəlikləri daha da ağırlaşdırır.
Əgər şəhərdə hava çirkliliyi yüksəkdirsə, açıq havada uzun müddət qalmaqdan çəkinmək, maska taxmaq və evdə hava təmizləyicilərindən istifadə etmək faydalı ola bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)