reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah qar yağacaq

reklam

Sabah qar yağacaq
















Fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Səhər saatlarından etibarən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 13:55
Sikayət   


loading...
Загрузка...