![reklam](/templates/tema/images/saythazir.png)
Qozun qış mövsümündə inanılmaz faydaları – Bəs kimlərə yemək olmaz?
Qış aylarında orqanizmin immun sistemini gücləndirmək və sağlam qalmaq üçün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir. Soyuq havalarda bədənin müqavimətini artıran qidalardan biri də qozdur. Min illərdir ki, həm qida, həm də təbii dərman kimi istifadə edilən qozun insan sağlamlığına bir çox faydası var. Lakin onu düzgün miqdarda yemək və kimlər üçün təhlükəli olduğunu bilmək də vacibdir.
Qozun faydaları və bəzi insanlara olan zərərləri ilə bağlı məlumatları təqdim edirik:
Qozun qış aylarında faydaları
Mütəxəssislər bildirir ki, qoz xüsusilə qış aylarında bədənin soyuğa qarşı müqavimətini artırır. Onun tərkibində olan faydalı yağlar, vitaminlər və antioksidantlar immun sistemini gücləndirir, virus və infeksiyalara qarşı qoruyucu rol oynayır.
Bundan əlavə qoz yaddaşı gücləndirir, beynin fəaliyyətini artırır və stressi azaldır. Qış aylarında tez-tez rast gəlinən yorğunluq və halsızlıq problemlərinə qarşı da effektiv təsir göstərir. Ürək-damar xəstəliklərinin qarşısını alır, qan dövranını yaxşılaşdırır və xolesterinin səviyyəsini tənzimləyir.
Həkimlər qeyd edir ki, qoz eyni zamanda dərini və saçları qidalandırır. Soyuq havalarda dəri quruluğu və çatlamalar artdığı üçün qozun tərkibindəki yağ turşuları dərini nəmləndirərək onu daha sağlam saxlayır.
Kimlərə qoz yemək olmaz?
Bütün faydalarına baxmayaraq, bəzi insanlar üçün qoz zərərli ola bilər. Allergiyası olan şəxslər üçün qoz təhlükəli hesab edilir. Həmçinin mədə problemi – qastrit, xora və həzm sistemi pozğunluğu olan insanlara qozu məhdud miqdarda istehlak etmək tövsiyə edilir.
Qozun yüksək kalorili olması da nəzərə alınmalıdır. Çəki problemi yaşayanlar və arıqlamaq istəyənlər bu qidanı nəzarətsiz qəbul edərsə, istəmədən artıq çəki yığa bilərlər.
Gündə nə qədər qoz yemək lazımdır?
Mütəxəssislər sağlam insanlar üçün gündə 3-5 ədəd qoz yeməyi məsləhət görür. Bu miqdar həm beyin, həm də ürək sağlamlığı üçün faydalıdır və eyni zamanda artıq çəki yaratmır.
Qozu tək halda yemək mümkündür, həmçinin onu müxtəlif qidalara – səhər yeməklərinə, salatlara və şirniyyatlara əlavə edərək daha balanslı qidalanmaq olar. Xüsusilə qış aylarında immuniteti gücləndirmək və sağlam qalmaq üçün bu möcüzəvi qidanı gündəlik rasiona daxil etmək tövsiyə edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1738927297_1.jpg)
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1738866043_1.jpg)