reklam
Regionxeberlericom.az » Cəmiyyət » “10 milyarda almağa hazırıq” - 100 milyardlıq təklifə cavab

reklam

“10 milyarda almağa hazırıq” - 100 milyardlıq təklifə cavab

















Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi investorlar konsorsiumu “OpenAI” şirkətinə nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almaqla bağlı təklif ünvanlayıb. 

Bu barədə məlumatı İlon Maskın vəkili Mark Toberoffa istinadən “The Wall Street Journal” yayıb. 

Bildirilib ki, İlon Mask müraciətində “OpenAI-ni öz köklərinə - açıqlıq və təhlükəsizliyə qaytarmaq vaxtı çatıb. Biz bunu təmin edəcəyik” deyə qeyd edib. İlkin ehtimallara görə, müqavilə baş tutarsa, Maskın “xAI” şirkəti “OpenAI” ilə birləşdirilə bilər. 

Lakin milyarderin bu təklifi “OpenAI” rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, “ChatGPT” çat-botunun yaradıcısı olduğu şirkətin baş direktoru Sem Altmanın Maska cavabı gecikməyib. 

Öz “X” hesabında paylaşım edən Altman “Yox, sağ olun, lakin əgər istəyirsinizsə, biz “Twitter”i 9,74 milyard dollara almağa hazırıq” cavabını verib. 









“OpenAI” direktorlar şurasından məsələni şərh etmək istənildiksə isə rəhbərlik Sem Altmanın sözügedən paylaşımına diqqət yetirməyi məsləhət görüb.

Maskın bu təklifi Altmanın investisiya cəlb edilməsi və “OpenAI” şirkətinin inkişafı ilə bağlı planlarını bir qədər çətinləşdirə bilər. Belə ki, şirkət hazırda 40 milyard dollardan çox vəsait cəlb etməklə bağlı danışıqlar aparır, süni intellekt üçün 500 milyard dollar dəyərində infrastruktur yaradılması ilə bağlı layihəni reallaşdırmağı planlaşdırır.  

Qeyd edək ki, “OpenAI”-nin həmtəsisçisi olan İlon Mask 2018-ci ildə Sem Altmanla yaşadığı fikir ayrılığına görə şirkəti tərk edib. Bununla yanaşı, Mask 2024-cü ildə şirkətlə bağlı məhkəməyə müraciət edərək iddia edib ki, “OpenAI”-nin kommersiya modelinə keçid etməsi onun ilkin missiyalarına ziddir.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər