Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.
RegionXəbərləricom.az Pravda.az-a istinadla xəbər verir ki, artıq şikayət Ali Məhkəməyə daxil olub.
A.Çovdarov aşağı instansiya məhkəməsinin çıxardığı qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.
Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verib. O, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edib. Lakin şikayət təmin edilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2025, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı videokonfrans keçirildi - Fotolar

17 milyonluq tenderlərin 13 milyonu bir şirkətə verildi - Rəhbəri də keçmiş işçiləridir