Bu hotelin fəaliyyəti dayandırıldı - Video
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” hotelində yoxlama keçirilib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;
- obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır;
- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyektin tüstü bacası təmizlənməyib;
- obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb;
- obyektin həyətində taxta tullantılar yığılıb;
- mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib;
- təxliyə planı düzgün tərtib edilməyib;
- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2025, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma