reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nemət Pənahlının maşını hərraca çıxarılır - 42 min manata

reklam

Nemət Pənahlının maşını hərraca çıxarılır - 42 min manata

















Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.

Fevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.

Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.

Nemət Pənahlı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.

Xatırladaq ki, bir müddət əvvəl Nemət Pənahlının həmin avtomobili 1100 manat cərimə borcuna görə də saxlanılaraq cərimə meydançasına aparılmışdı.





Paylaş:


Müəllif : Tarix:
17-02-2025, 17:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər