Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir?

Özünüzü tibbin anatomiyasından xəbəri olmayanların əlinə verərək həyatınızı təhlükəyə atırsınız
“İllərdir lazer epilyasiyası üçün getdiyim bir gözəllik salonu var idi. Lazereloqum mənə demişdi ki, orta təhsillidir. Bir müddət sonra yenidən görüşəndə gördüm ki, otaq sertifikatlarla doludur. Düzü, onları oxumağa fürsət olmadı. Proses zamanı lazeroloqum birdən üzümə baxıb dedi ki, dodaqların balacadır, nə əcəb dolğu etdirmirsən? İstəyirsənsə, indi mən edərəm. Çox təəccübləndim. Dedim, siz dolğu da edirsiniz? Nə vaxt öyrəndiniz? Fərəhlə sertifikatlarını göstərərək bildirdi ki, neçə vaxtdır kurslara gedirmiş. Soruşdum ki, bunun üçün sertifikat bəs edir? Diploma, ali təhsilə ehtiyac yoxdur? Dediyinə görə, kurslar universitetdən daha yaxşı öyrədirmiş. Təkcə dolğu yox, bir neçə prosedur etməyi öyrənmişdi artıq. Zamanla gördüm ki, əməlli-başlı işləyir, hətta epilyasiyanı boş verib, kosmetoloqluq edir”.
Bu sözləri Sumqayıt sakini Mehriban Abbaslı Pressklub.az-ın əməkdaşı ilə söhbəti zamanı deyib. O, hesab edir ki, həmin kosmetoloqlara və sertifikat aldıqları kurslara nəzarət edilməlidir.
Təəssüf ki, Mehriban xanımın qarşılaşdığı mənzərəyə ölkənin hər səmtində rast gəlinir. Nə hikmətdirsə, üzümüzü hara çevirsək, bir kosmetoloqla rastlaşırıq. Demək olar, hər gözəllik salonunda bir kosmetoloq fəaliyyət göstərir. Özü də elə-belə işlər yox, çox ciddi prosedurlar edirlər. Dolğulardan tutmuş, botokslara, mezoterapiyadan plazmaliftinqə qədər hər cür prosedur görülür. Düzdür, bəzi həkim-kosmetoloqlar da həm klinikada, həm də tanınmış gözəllik salonunda fəaliyyət göstərir. Amma görəsən, gözəllik salonlarında fəaliyyət göstərən bütün kosmetoloqların diplomu, lisenziyası, lazımi bilik və bacarıqları varmı? Varsa, niyə sahəsi üzrə müvafiq klinikalarda çalışmaq yerinə, məhəllə arası, pilləkən altı gözəllik salonlarında çalışırlar?
Yeri gəlmişkən, hazırda saxta plastik cərrahlar cəmiyyətdə sensasiya doğurub. Ötən yazılarımızdan birində bu haqda araşdırma aparmışdıq. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən lazımi araşdırmalar aparılır, tədbirlər görülür. Həmin “cərrah”ların zərərə uğratdığı insanların sosial şəbəkələrdəki şikayət paylaşımlarının ardı-arası kəsilmir. Deyəsən, indi sıra saxta kosmetoloqlara çatıb.
Maraqlıdır, o sertifikatlar hansısa prosedur icra etməyə səlahiyyət verirmi? Həmin "kosmetoloq"larla bağlı tədbir görülürmü? Lazımi yoxlamalar aparılırmı?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli Pressklub.az-a açıqlamasında bildirib ki, kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var.
Müsahibimiz deyib ki, lisenziyalı özəl tibb müəssisələrinə nəzarət AEM tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Lakin hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır.
Məcidli bildirib ki, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir: “Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1.-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min manatadək məbləğdə cərimələnir”.
Müsahibimiz əlavə olaraq qeyd edib ki, həmin qanunun 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimələnir: “215.4-cü maddəsinə görə isə sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə cərimə olunur”.
Müsahibimiz bildirib ki, təqdim olunan faktlar üzrə tərəfimizdən araşdırmanın aparılması nəzərdə tutulur, lakin yerində yoxlamanın aparılması və nəzarət tədbirinin həyata keçirilməsi üçün yuxarıda qeyd olunan məlumatların (sahibkarın adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.) olması zəruridir. Vətəndaşlar tərəfindən AEM-ə [email protected] elektron ünvanı, pharma.az saytının “müraciət” bölməsi və ya “Bir pəncərə” sisteminə müəssisənin adı və digər detallar da daxil olmaqla konkret şikayət edilərsə, bu məsələ AEM tərəfindən araşdırılacaq.
“Tibb fəaliyyəti lisenziya tələb edən sahədir. Bu sahədə fəaliyyət göstərən həkimlər mütləq sertifikasiyadan keçməlidir. Hansısa kursa gedib sertifikat alaraq bu sahədə fəaliyyət göstərmək qanuni deyil”.
Bu sözləri hüquqşünas Ramil Süleymanov Pressklub.az saytına açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə görə lisenziyasız tibb fəaliyyəti göstərəndə hüquqi şəxslər 6-8 min manat, tibb işçiləri adlandırılan şəxslər də qanunvericiliyin tələblərinə zidd olaraq fəaliyyət göstərdikdə, sertifikasiyadan keçmədikdə 8 min manat cərimələnirlər. İxtisaslaşma ilə bağlı fəaliyyət göstərildiyi zaman məsələn, nevropatoloqun kosmetoloq kimi fəaliyyət göstərməsi ixtisaslaşma tələblərinin pozulmasıdır və bu aşkarlandıqda inzibati qaydada 6-8 min manat cərimə olunur.
Hüquqşünasın sözlərinə görə, həmin şəxslər səhlənkarlıq etdikdə, insanlara zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsinə uyğun olaraq cinayət işi başlanılır. Və şəxs 3 min manatadək miqdarda cərimə və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunur. Şəxsin davranışı nəticəsində pasiyent dünyasını dəyişərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, həmin şəxs 5 ilədək müddətə azadlıqdan məhrum edilir.
Bəs prosedurları tibb təhsili olmadan kurslarda ətraflı öyrənmək və icra etmək mümkündürmü? Bu məsələdə təhsilli ilə təhsilsizlərin fərqləri nələrdir? Həmin "kosmetoloq"ların etdiyi prosedurlar pasiyentlər üçün hansı təhlükələri yaradır? Pasiyentlər kosmetoloq seçərkən nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı Pressklub.az-a danışan həkim-kosmetoloq Gülər İbrahimova hesab edir ki, hazırda kosmetologiyanı çox cılızlaşdırıb, bazara çeviriblər. Ona görə pislərin arasında yaxşılar da ələnib gedir. Çünki hər birimiz kosmetoloq statusunu daşıyırıq. Həmin “kosmetoloq”ların heç bir tibb təhsili yoxdur. Ümumiyyətlə, tibbdən, üzün anatomiyasından xəbərləri yoxdur. Ona görə də hər hansı kosmetoloji prosedur edəndə yaranacaq təhlükələrdən də məlumatsız olurlar. Və hər hansı təhlükə anında nə edəcəklərini bilmirlər.
Doktor deyib ki, kosmetologiya çox dərin, daim təkmilləşən sahədir. Dayanmadan yeni preparatlar çıxır. Yeni texnikalar öyrənmək lazım olur. Özünü inkişaf etdirən həkimlər bunları edir: “Pasiyent də kosmetoloq seçməzdən öncə yüz ölçüb, bir biçməlidir. Tibbdən xəbərsiz kosmetoloqlar təhlükə mənbəyidir. Bu zaman müəyyən deformasiyalar, hətta ölüm riski yarana bilir. Reklamı güclü olanlara, sosial şəbəkələrdəki paylaşımlara aldanmayın, yaxşıca araşdırın, əl işlərinə baxın, hətta mümkündürsə, real pasiyentlərindən rəy alın. Bir sözlə, işinizi şansa buraxmayın”.
Həmsöhbətimiz hesab edir ki, hazırda klinikadansa salona tələbat daha çoxdur. Çünki xanımlar salona gedərək bütün işlərini- saç, dırnaq, epilyasiya, kosmetologiya və s. bir gündə bitirirlər. Bu zaman həmin kosmetoloqların lisenziyasına, tibb təhsilinə, bacarığına baxmaq lazımdır. Ali təhsil vacib olmaya bilər, amma heç olmasa texnikum və s. olmalıdır ki, təməl bilgilərdən məlumatlı olsun. Üzü tanısın, sinirləri, dərinin qatlarını bilsin. Savadlı, keyfiyyətli kosmetoloq seçsinlər. Ucuza qaçmasınlar. Nə də olsa, ucuz ətin şorbası olmur.
Günay Elşən
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2025, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...