Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu tarixdən…

Bakıda tikintiyə yararlı sahələr getdikcə azalır; ekspertlərə görə, qiymət artımı müşahidə oluna bilər
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binanın söküntüsü həyata keçiriləcək.
Suraxanı rayonu üzrə 1127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbayel rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur. Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb.
İqtisadçı Xalid Kərimli açıqlamasında bildirdi ki, söküntü dalğası qiymətlərə artırıcı təsir göstərir. Ekspert vurğuladı ki, bir çox binanın mərhələli şəkildə olsa da, sökülməsi kirayə bazarında aktivliyi artırır: “Sökülən binaların sakinləri kirayə bazarında təbii tələbat formalaşdırırlar. Bu da qiymətlərin artımına təsir göstərir. Bundan başqa, söküntü zamanı yeni tikintinin yekunlaşması müəyyən qədər zaman, ən azı 3-4 il aldığına görə söküntü həcminə uyğun olaraq bazarda mənzil fondunun həcmi azalır. Bu amil də qiymətlərin artımına təsirsiz ötüşmür. Ümumiyyətlə, təkcə bu amil deyil, digər amillər də qiymətlərə təsir edir. Ən nəzərəçarpan amillərdən biri Bakıda tikintiyə yararlı sahələrin getdikcə azalması və bahalaşmasıdır”.
İqtisadçı bildirdi ki, ikinci məsələ tikinti və şəhərsalma normalarına ciddi nəzarətdir: “Əvvəllər də kağız üstündə nəzarət var idi, amma kim, harada, necə gəldi tikinti işləri görürdü. Hazırda isə nəzarət güclü olduğu üçün həcmi böyük olan tikililərə icazə verilmir, bu da qiymətlərin artımına gətirib çıxarıb. Məsələn, əvvəllər ara məsafələrə diqqət edilmədiyi üçün tikinti çox idi, indi isə bu mümkün deyil. Eyni zamanda tikinti materialları da bahalaşıb. Əhalinin gəlirlərinin, o cümlədən tələbatın artması da bahalaşmaya təsir göstərən amillərdir. Bir sözlə, 2025-ci ildə daşınmaz əmlak bazarında nəzərəçarpacaq qiymət artımı gözlənilir”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə dedi ki, söküntü prosesi bütövlükdə geniş mənada daşınmaz əmlak qiymətlərini artırmayacaq: “Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərində bir çox ərazilərdə köhnə qəzalı vəziyyətdə olan binaların söküntüsü nəzərdə tutulur. Bu söküntü prosesi mərhələli şəkildə həyata keçiriləcək. Təbii ki, sakinlərə kompensasiya ödənişi həyata keçiriləcək. Nəticədə az da olsa, daşınmaz əmlak bazarında pul axını baş verə bilər. Bu, müraciətlərin sayına müsbət təsir göstərə bilər. Sözsüz ki, kompensasiya ödənişlərinin həyata keçirilməsi, müraciətlərin sayının artması bazar üçün qiymət artımına təsir göstərən amillərdəndir. Hesab edirəm ki, bu proses bütövlükdə geniş mənada daşınmaz əmlak qiymətlərini artırmasa da, qısamüddətli dövrdə söküntü prosesinin getdiyi və həmin ərazilərə yaxın yerlərdə müraciətlər artdığı üçün nisbi qiymət artımı müşahidə oluna bilər”.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Məlumata görə, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır. Öncədən də deyildiyi kimi, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 konfransından sonra start verilib. Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Yasamal rayonunda da da fərdi yaşayış evlərinin sökülərək yerində park salınacağı bildirilib. Söhbət “Təzəpir” məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxasına kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Yaşayış evləri söküləcək vətəndaşlara 1 kvadrat metrə görə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Nəsimi rayonunda “Kubinka” adlanan ərazidəki fərdi evlər də söküləcək. Sözügedən ərazidə yaşayan bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Onlara kompensasiya və ya yeni tikiləcək çoxmərtəbəli binalarda evlər təklif olunacaq.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov yerli mətbuata açıqlamasında deyib ki, həm tikintiyə, həm söküntüyə, həm də digər məsələlərə ciddi və xüsusi normalar tətbiq olunacaq: “Bakı uzun illərdir monosentrik şəhərlərin bir mərkəzi kimi inkişaf edib. İdeyaya əsasən, 2040-cı ilə kimi Bakının bir sıra mərkəzləri olacaq və bu mərkəzlər bir-biri ilə yaşıl kolidorlar vasitəsilə əlaqələndiriləcək. Söküntü aparılan ərazilərdə meşə tipli parkların salınması, yaşıllıq zolaqlarının artırılması nəzərdə tutulub”, deyə R.Qasımov bildirib.“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2025, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...