reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah da qar yağacaq

reklam

Sabah da qar yağacaq









Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Gündüz yağıntıda fasilə olacaq, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacaq.

Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 12:35
Sikayət   


loading...
Загрузка...