Uçan avtomobilin ilk sınağı uğurla tamamlandı
Amerikanın Alef aviasiya şirkətinin hazırladığı uçan avtomobil Kaliforniyada keçirilən sınaq uçuşunu uğurla başa vurub.
Quruda 320 kilometr, havada isə 180 kilometr məsafə qət edə bilən bu avtomobil karbon lifli örtüyü və gövdə altındakı pərləri ilə diqqət çəkir. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitəsi həm quruda, həm də havada hərəkəti mümkün edərək yeni bir dövrü başlatmağı hədəfləyir.
Mütəxəssislərin fikrincə, uçan avtomobillərn istifadəyə verilməsi tıxac problemini azaldacaq və insanların vaxtdan daha səmərəli istifadə etməsinə şərait yaradacaq. Lakin bu texnologiyanın geniş yayılması üçün yeni infrastruktur və qaydalar tələb olunacaq.
Kaliforniyada istehsal edilən iki nəfərlik uçan avtomobil bir neçə gün əvvəl Barselonada keçirilən Mobil Dünya Konqresində təqdim edilib və böyük maraqla qarşılanıb. Avtomobilin ilkin sifariş qiyməti 300 min dollar olaraq açıqlanıb. Şirkət rəsmiləri indiyədək 3 mindən çox sifariş aldıqlarını və istehsal gücünün artması ilə qiymətin aşağı düşəcəyini bildiriblər.
İlk sürüş və uçuş sınaqları 2019-cu ildə başlayan "Zero" modelinin yaxın aylarda kütləvi istehsalına başlanması planlaşdırılır. Mütəxəssislər bu avtomobilin xüsusilə xilasetmə əməliyyatlarında böyük fayda verəcəyini vurğulayırlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır