reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb

reklam

Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb



















"Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir".

RegionXəbərləricom.az "Report"a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:

"Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir".

İ.Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:

"Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib".




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər