Azərbaycanda 4 mindən çox şagird sinifdə qaldı - RƏSMİ
"Bizi maraqlandıran məsələlərdən biri təhsildən yayınan şagirdlərdir. Uşağın təhsildən yayınma səbəbləri nə olursa-olsun, buna heç vaxt bəraət qazandırmaq olmaz".
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Nazir müavini qeyd edib ki, daha böyük məsələ isə şagirdin sinifdə saxlanmasıdır: "Hansı dövrdə yaşayırıq ki, oxuyub-yaza bilməyən şagird sinifdə saxlanılsın. Axı məktəbin əlində müxtəlif imkanlar var ki, vaxtında həmin uşağa təhsil keçib öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durduğu görülür. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Bəlkə də müəllim əsas fənlərdən hansısa humanistlik göstərib, bunu bilmirəm. Misal olaraq, ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Görəsən, Bakı şəhərində bu rəqəm nə qədərdir?!" Nazir müavini bildirib ki, təlim-tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri salmaqla nolur?: "Onsuz da belə uşaqlar dərsə gəlmir.
Təhsil Nazirliyinin uzun müddət müzakirə etdiyi məsələ şagirdlərin yerdəyişməsi, bir sinifdən başqa sinfə, yaxud məktəbə keçməsi ilə bağlı qərar idi. Bu qərarda ziddiyyətli fikir sinifdə saxlamaq bəndinin qalıb-qalmaması idi. Son nəticə olaraq qənaətə gəlindi ki, bu bənd qərarda qalsın. Ola bilər ki, elə hal oldu ki, məktəb rəhbərliyi məcbur olub həmin şagirdi sinifdə saxlasın. Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagirdlər ikinci ilə qalanda 99%-i məktəbə gəlmir, ya da ümumiyyətlə təhsildən küsürlər. Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb müsbətə doğru nəsə ediləcəksə, bu başqa məsələ. Təhsil standartları onsuz da ən minimum həddi müəyyənləşdirilib və normal təfəkkürə malik olan hər bir uşaq bunu mənimsəyə bilər. Bu məsələni nəzarətə götürmək lazımdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2019, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2019, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16