reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cem Köksal istefa verdi

reklam

Cem Köksal istefa verdi

















Türkiyənin “Zorlu Holdinq”inin CEO-su Cem Köksal vəzifəsindən istefa verdiyini açıqlayıb. 

O, yazışmaların ictimaiyyətə yayılmasından sonra 28 il çalışdığı vəzifədən ayrılıb. Köksal şirkətə zərər verməmək üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, “Vestel”in baş direktoru Ergün Gülər Ramazan bayramı münasibətilə şirkət işçilərinə təbrik mesajı göndərib. Qurumun bağlı olduğu “Zorlu Holdinq”in baş direktoru Bekir Cem Köksal Gülərin Ramazan mesajına sərt münasibət bildirib.

O, Ergünə e-poçt vasitəsilə “Ramazan ayı korporativ qeyd olunacaq günlər siyahısına daxil deyil. Bizim dindən asılı olmayan bir duruşumuz var” deyə cavab verib. 

Köksalın bu sözləri sosial mediada böyük əks-səda doğurub, şirkətə qarşı boykot çağırışları artıb.

Cem Köksal barəsində başladılan istintaq çərçivəsində İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsi qrupları tərəfindən saxlanılıb.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 10:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər