Sevgilisini öldürən Könül ölkədən qaçarkən tutulubmuş

Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.
Məlum olub ki, Könüllə Bahar 2008-ci ildən sevgi münasibətində olub. Daha sonra Könül dini nikahda yaşadığı qadını qətlə yetirərək evini və pensiya kartını ələ keçirmək qərarına gəlib.
O, 2022-ci ildə qadına məxsus evdə onu boğaraq öldürüb və meyitini həyətdə basdıraraq gizlədib. Könül Bahara məxsus evi 10 gün ərzində sataraq 32 min manatı ələ keçirib. Həmçinin 2 il müddətində onu itkin düşmüş şəxs kimi qələmə verərək pensiya kartından 7 min manata yaxın pul çıxararaq mənimsəyib.
2024-cü ildə Könül Baxşəliyev Naxçıvandan Türkiyəyə keçmək istəyərkən saxlanılıb və qətlin üstü açılıb. Qadının meyiti basdırıldığı yerdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Baxşəliyevə 19 il həbs cəzası verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"İcra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verməlisən" - ZƏRDABIN RƏHBƏRİ HAQDA ŞOK İTTİHAMLAR / FOTO