“İntellekt akademiyası -2” layihəsinin yarışlarına start verilib
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən Gənclər təşkilatları üçün qrant müsabiqəsinin qaliblərindən biri olan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “İntellekt Akademiyası-2” layihəsinin icrasına başlayıb.
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihənin ilk günündə Mingəçevirdə yaşayan və şəhərin ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr, məktəblilərlə yanaşı, Şəki və Ağdaş şəhərini təmsil edən komandalar da iştirak ediblər. Açılış zamanı çıxış edən “İşıqlı Gələcək” GİB-in icraçı direktoru Rəşad Qurbanov “İntellekt-Akademiyası” layihəsinə olan marağı və gənclərin mütəmadi xahişini nəzərə alaraq, layihənin ikinci mərhələsini keçirməyə qərar verdiklərini qeyd edib. Bununla yanaşı, intellektual yarışların gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, onların kollektiv oyunlara marağının artırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonda R. Qurbanov bütün komandalara uğurlar arzulayıb.
Ümumilikdə 12 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman?” formatında keçirilən ilk intellektual yarışda “Aberton” komandası I, “Panteon” komandası II, “Go” komandası isə III yerin sahibi olub. Qeyd edək ki, növbəti intellektual yarışlar “Quiz”, “Breyn-Ring” və “Xəmsə” formatında keçiriləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-10-2019, 21:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-10-2019, 21:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29