reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xalq artistinin oğlu olduğunu deyən gənci anası evdən qovdu - FOTO

reklam

Xalq artistinin oğlu olduğunu deyən gənci anası evdən qovdu - FOTO

Gürcüstanlı balet artisti Nikolay Tsiskaridzenin oğlu olduğunu iddia edən və Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov küçədə qalıb.

“Komsomolskaya pravda” nəşri yazır ki, etiraflardan sonra anası Timuru döyüb və evdən qovub.

Məlumatlara görə, hazırda onun getməyə yeri yoxdur. O, işləmir və şənbə günləri pullu teatr kursuna gedir. Onun qalmaq və təhsil xərclərini kimin ödəyəcəyi məlum deyil.

Timur bildirib ki, onun anası ilə hazırda Bakıdakı bazar rəhbəri arasında sevgi macəraları yaşanır.

“Anamın sevgilisi atamla görüşmək üçün Peterburqa uçub”, - 19 yaşlı Timur bildirib.

Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.

Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.



Paylaş:


Müəllif : Tarix:
16-10-2019, 17:52
Sikayət   


loading...
Загрузка...