Yanan qızın nənəsindən ACI FƏRYAD: “Azərişıq” cəmi 300 manat verib” - Reportaj
Ötən həftə Bakının Nizami rayonunda baş verən transformator dəhşəti hamını sarsıtdı. Söhbət, Nizami rayonu, Keşlə qəsəbəsində elektrik transformatoruna girib yanan, 5 nömrəli xəstəxananın yanıq şöbəsində müalicəsi davam edən və sağ qolu kəsilən 9 yaşlı Zəhra Əliyevadan gedir. Sanki başsız qalan elektrik transformatorlarında təhlükəsizliyin güclənməsi üçün 9 yaşlı Zəhra 1 həftə reanimasiyada həyat mücadiləsi aparmalı, sağ qolunu itirməli idi. Elə bil balaca qızcığaz daha bir ölüm təhlükəsinin qarşısını almaq üçün cəmiyyətə siqnal oldu.
Lent.az -ın əməkdaşı 9 yaşlı Zəhra Əliyevanın müalicə aldığı 5 nömrəli xəstəxananın yanıq şöbəsində olub. Uşağın nənəsi Reyhan Əliyeva və şöbənin baş həkimi Şöhrət Məmmədovla söhbət edə bildik. Nəvəsinin gələcəyindən ürək yanğısı ilə danışan Reyhan nənə göz yaşlarına hakim ola bilmirdi:
- Zəhra yaşyarımlıq olanda anası rəhmətə gedib. Atasına 15 il həbs cəzası verilib. Zəhranın sağ qolu kəsildi, ayaqları necə olacaq Allah bilir. Qız uşağıdır, gələcəyini düşünəndə əlimi dizlərimə vururam. Nəvəmin oxuduğu məktəbin direktoru, müəllim və valideyn heyəti ziyarətə gəliblər.
Nənə bildirir ki, Zəhranı qəyyumluğa götürüb: “Zəhranı qəyyumluğa götürüb saxlayıram. Ayda 206 manat pensiya alıram. Bu pulla həm ona, həm özümə baxıram. Zəhranın babası, oğlum və onun ailəsi birlikdə yaşayırıq. Ancaq oğlum da qazandığı pul ilə uşaqlarına baxmalıdır”.
Gecə-gündüz nəvəsi ilə birgə reanimasiyada olan, onu tək qoymayan Reyhan nənə “Azərişıq”ın onlara dəstək olub-olmamasından da danışdı: “Mənə gətirib 300 manat pul veriblər ki, götürün, bu sizin yemək pulunuzdur. Nə 300 manat?! Mən bura gələndən 1000 manatdan çox pul xərcləmişəm artıq. Düzdür, “Azərişıq”ın rəhbərliyi də nəvəmi ziyarətə gəlib və baş həkimlə danışıb. Ancaq bundan sonra nəyimizə lazımdır? Gərək mənim nəvəm orada yanardı?”
Elə bu sözləri deyib bitirmişdi ki, Reyhan nənənin gözlərindən gilə-gilə yaş töküldü. Zəhra Əliyevanı şöbənin baş həkimi Şöhrət Məmmədov müalicə edir. Şöhrət Məmmədovla danışdığımız zaman heç də ümidli danışmadı: “Azyaşlının gələcək durumu qaranlıqdı”.
Baş həkim “Azərişıq”ın zərərçəkənin müalicəsinə dəstək olub-olmamasına belə münasibət bildirdi: “Dövlət Zəhranı dərmanlarla təmin edir. “Azərişıq” mənə nə haqq verəcək ki? Bu mənim vəzifəmdir, yerinə yetirirəm. Hələlik Zəhranın sağ qolu amputasiya edilib. Ayaqları isə naməlumdur. Kəsilib-kəsilməyəcəyi hələ ki bilinmir”.
Baş həkimlə də söhbətimizi yekunlaşdırdıqdan sonra Zəhra Əliyevanın faciə ilə üzləşdiyi ünvana getdik. Marketin qarşısında olan qonşularla söhbətimiz zamanı bəlli oldu ki, faciəyə səbəb olan transformator sökülüb.
Maraqlıdır niyə? Hazırda həmin transformatorun yeri dəyişdirilib və yolun o biri tərəfinə, obyektlərin arxasındakı qəbiristanlığa köçürülüb. Ərazi isə düz Babək prospektində, yolun kənarında yerləşir. Fotolardan da göründüyü kimi və həmsöhbət olduğumuz qonşuların sözlərinə görə, transformator işıq dirəyinin altında, həyət evinin qapısı ilə üzbəüz quraşdırılıbmış. Yəni, fotoda görünən evin qapısı birbaşa transformatora açılırmış. Hazırda ondan geridə qalan torpağın 3-4 santimetr altındakı kabellərdir. Nə isə, köhnə təhlükə mənbəyinin geridə qalan izlərinə baxa-baxa keçdik Zəhranın gəlib konfet almaq istədiyi mağazaya. Mağaza da fotodan gördüyünüz kimi, qonşuya məxsusdur və həyətin qarşı tərəfində bunun üçün kiçik bir yer ayırıb. İçəridə olan qonşu ilə söhbətimiz zamanı bəlli oldu ki, transformatorun qapısı çox vaxt açıq olurmuş. “Bəs nəyə görə harasa müraciət etmirdiniz, gərək kimsə girib yanardı” sualına isə belə cavab aldıq:
- Kimə və hara müraciət edək daha? Kim gəlib burada iş görübsə, hamısına demişik. Özü də dəfələrlə. Gəlib, qapını açıb iş görürlər, sonra örtmək yaddan çıxır. Düzü, o transformatorun bu tərəfdə olması doğru deyildi. Çünki orada yolun o biri tərəfində yerləşən obyektlərin elektrik xətləri birləşirdi. Bu hadisədən sonra nəhayət, köçürdülər o biri tərəfə.
Həmsöhbətimizdən hadisənin necə baş verdiyi barədə məlumat öyrənmək istəyəndə fərqli təfərrüatlar eşitdik: “Zəhra gəlmişdi konfet almağa. Qayıdıb gedəndə xalası oğlu ilə gizlənqaç oynaya-oynaya getdi. Biz də nə qədər dedik ki, tokun ətrafında oynamayın, eşitmədilər. Həmişəki kimi, qapı yenə açıq idi. Xalası oğlundan gizlənmək istəyəndə isə uşaqdı da, bilmədən gedib girdi ora. Onu oradan polis əməkdaşı xilas etdi. Səsinə transformatorla üzbəüz qonşu da çıxdı”.
Qonşular deyir ki, istənilən halda elektrik, transformator anlayışı olmayan 9 yaşlı uşağın ora girməsində qapını açıq qoyub gedənlər günahkardır.
Biz də yolu keçib transformatorun köçürüldüyü qəbiristanlığa getdik. Uşaqlardan uzaq olan, nisbətən hündürdə yerləşən elektrik qovşağının qapısı ön və arxa tərəfdən də qıfılla bağlı idi. Zəhranın yanarkən çıxardığı imdad səsi indi köməyə çatıb.
Məsələ ilə əlaqədar “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev Lent.az -a bildirmişdi ki, bütün transformatorların qapıları kilidlə bağlıdır və ətraflarına da hasar çəkilib. Tanrıverdi Mustafayev Zəhranın müalicəsi üçün “Azərişıq”ın dəstək göstərməsi barədə də mediaya açıqlamalar verib: “Uşağın müalicəsi üçün tələb olunan bütün xərclər tərəfimizdən ödənilir. Qurumun zərərçəkmişə dəstək olmaması ilə bağlı yayılan məlumatlar cəfəngiyatdır. “Azərişıq” rəhbərliyi hər gün onun səhhəti ilə maraqlanır. Allahdan balaca qızımıza şəfa diləyirik”.
Ancaq bu bədbəxt hadisəyə görə kimlərin cəzalanacağını və ya cəzalandığını öyrənmək istədiyimizdə, bu barədə hər hansı cavab ala bilmədik.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2019, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2019, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16