reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. - GƏLİŞMƏ

reklam

Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. - GƏLİŞMƏ


Əli Əsədovun Baş Nazir vəzifəsinə gətirilməsilə (8 oktyabr 2019) Nazirlər Kabinetində dəyişikliklərə start verilib.

Dünən oktyabrın 21-də Baş Nazirin müavinləri – pensiya yaşını çoxdan keçmiş Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular.

İndi Nazirlər Kabinetində iki Baş Nazir müavini vəzifəsi yeni təyinat gözləyir.

Hökumətdən Modern.az-a verilən məlumatına görə, yaxın günlərdə Nazirlər Kabinetində daha bir yüksək vəzifəyə təyinat gerçəkləşəcək. Bu, Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsi uzun müddətdir ki, boş qalır.

Hələ 2018-ci ilin dekabrında keçmiş Baş Nazir Novruz Məmmədov Aparat rəhbəri Ağabala Hacıyevi penisiya yaşına çatması ilə əlaqədar tutduğu vəzifədən azad etmişdi. O, düz 15 il (2003-dən) idi ki, həmin vəzifədə çalışırdı.

Doğrudur, Ağabala Hacıyev penisiyaya göndəriləndən sonra Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə yeni təyinat oldu . Belə ki, 2018-ci ilin dekabrında həmin vəzifəyə hamının tanısığı şəxs - xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfov gətirildi. Amma təcrübəli diplomatın Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsində işləməyi uzun sürmədi – cəmi 6 ay. 2019-cu ilin mayında Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə qaytarıldı.

Hazırda Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrasını Aparat rəhbərinin müavini Natiq Məmmədov həyata keçirir.
Hökumətdəki mənbənin məlumatına görə, Baş Nazir Əli Əsədovun yaxın vaxtlarda Aparat rəhbəri vəzifəsinə təyinatla bağlı sərəncam imzalayacağı gözlənilir. //modern.az//


Paylaş:


Müəllif : Tarix:
22-10-2019, 10:23
Sikayət   


loading...
Загрузка...