Ermənistanda qadınlar niyə əsgərliyə çağırılır? – Sensasion səbəblər
Bir neçə ildir ki, Ermənistanda qadınların orduya cəlb edilməsi ilə bağlı müzakirələr aparılır. Bu günlərdə isə Ermənistanın müdafiə naziri David Tonoyan ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması barədə göstəriş verib.
Ermənistanda qadınların orduya cəlb edilməsi zərurəti demoqrafik problemdən qaynaqlanır. Ölkədən böyük köçün olması və əsasən kişilərin Ermənistanı tərk etməsi əsgər çatışmazlığına səbəb olub. Bu həm də Ermənistanda doğum hallarının aşağı düşməsinə səbəb olub.
Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya bölməsinin rəisi Artak Markosyanın sözlərinə görə, reproduktiv insanların ölkəni tərk etməsinin ağır izləri Ermənistanda qalıb: “1992-2002-ci illərdə doğum 60 faiz azalıb. Bu, keçmiş SSRİ ölkələri arasında ən yüksək göstəricidir. On il ərzində doğum 70 mindən 32 min nəfərə enib. Mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyəti yaradıb”.
Ermənistan Statistika Komitəsinin 2019-cu ilin yanvar ayına olan məlumatına görə, ölkə əhalisinin sayı 2 milyon 965 min nəfər olub. Bu, 2017-ci illə müqayisədə 7 600 nəfər azdır. 2018-ci ildə ölkə üzrə 36 502 uşaq dünyaya gəlib. 2017-ci ildə 37 700, 2016-cı ildə isə 40 592 nəfər olub.
BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Sovinar Arutyunyan isə bildirib ki, Lori vilayəti üzrə ilk dəfə ölüm halları doğum hallarını 90 hadisə üstələyib: “Bunun qarşısı alınmazsa, onda 4-5 ildən sonra Ermənistan üzrə ölənlərin sayı doğulanların sayını üstələyəcək”.
Bunun səbəblərindən biri də 1990-cı illərdə Ermənistanda anadan olanların sayının azlığı ilə bağlıdır. Həmin dövrdə ailələrin əksəriyyəti övlad dünyaya gətirə bilmirdi. İndi isə onun yaratdığı problem ölkə üçün əhalinin sayının artması məsələsində problem yaradıb. Bunun başqa səbəbi isə gənc kişilərin ailə qurmaq istəməməsi ilə bağlıdır. Demoqrafik balansın yaranması üçün 60 min kişi çatmır. Sovinar Arutyunyanın fikrincə, mühacirət edən kişilərin 80 faizi reproduktiv fəal yaşdadırlar. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir.
Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov məsələni Yenisabah.az-a şərh edərkən bildirib ki, Ermənistanda qadınların orduya cəlb edilməsi hərbi səfərbərlik və çağırış ehtiyatının həddindən artıq aşağı olması ilə bağlıdır:
“Ermənistan ordusunda hətta döyüş növbəsində durmaq üçün şəxsi heyət çatışmır. Ona görə də, döyüş növbəsinə çıxmaq üçün mülki şəxslərdən istifadə olunur. Onlar müəyyən vəsait qarşılığında müxtəlif müddətlərə döyüş növbəsinə çıxırlar. Mülki şəxsləri bu işə cəlb etmək üçün “mən erməniyəm”, “erməni qüruru” şüarları ilə müxtəlif proqramlar həyata keçirirlər. Lakin bu da effekt vermir. Çünki mülki şəxslərin kütləvi şəkildə bu işə cəlb edilməsi üçün vəsait lazımdır. Amma bu vəsait Ermənistanda yoxdur”, - deyə Yaşar Aydəmirov bildirib.
General qadınların orduya cəlb olunması layihəsinin də baş tutacağına inanmır: “Əvvəla, bu o qədər də asan məsələ deyil. Qadınlarla kişilərin bir yerdə xidmət keçməsi orduda nizam-intizamın ciddi şəkildə pozulmasına gətirib çıxaracaq. Ayrıca bölmələrin, hərbi hissəslərin yaradılması üçün külli miqdarda vəsait lazımdır.
Onlar hələ hərbi hissələrinin heç olmasa 40 faizini komplektləşdirsinlər sonra qadınların orduya cəlb edilməsi barədə düşünsünlər. Hesab edirəm ki, bütün bunlar sadəcə reklam xarakteri daşıyır, milləti qaza gətirmək və vətənpərvərlik ruhunu artırmağa hesablanıb. Lakin bunun da effekt verəcəyinə inanmıram. Vətənpərvərlik ruhu olsa belə, sənin hərbi səfərbərlik və çağırış ehtiyatın aşağıdırsa bu layihələrin heç bir mənası yoxdur”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-10-2019, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-10-2019, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29