“İŞİD müsəlman ölkəsi kimi Azərbaycanı hədəf götürməyib” - Keçmiş MTN zabiti
ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib. “Newsweek” jurnalı bildirib ki, İŞİD lideri hərbi əməliyyat zamanı məhv edilib. Məlumata görə, əməliyyatı Pentaqonun xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı “etibarlı kəşfiyyat məlumatları əsasında” həyata keçirib.
ABŞ quru qoşunlarının həmin əməliyyatla tanış olan nümayəndəsi jurnala bildirib ki, əl-Bağadi məhv edilib. Məlumata görə, Pentaqon artıq Ağ evə reyd zamanı məhz əl-Bağdadinin məhv edildiyi barədə “yüksək əminlik dərəcəsinə malik” məruzə edib. Bildirilir ki, ABŞ xüsusi təyinatlıları İdlibdə əl-Bağdadinin rezidensiyasını aşkar ediblər və orada “təmizləmə” aparıblar. Ərazini mühafizə edən yaraqlılar müqavimət göstəriblər, amma xüsusi təyinatlılar onları atışmada məhv ediblər. İŞİD lideri isə çıxış yolunun olmadığını görərək özünü öldürüb. Əl-Bağdadi ilə birlikdə onun iki arvadı da öldürülb.
Nəşr bildirir ki, prezident Donald Tramp xüsusi əməliyyatın keçirilməsini onun başlanmasından bir həftə əvvəl dəstəkləyib. Əməliyyat başa çatandan sonra isə öz Tvitter-ində əl-Bağdadinin məhv edilməsinə eyhamla mesaj paylaşıb. “Elə indicə çox mühüm hadisə baş verdi” - Tramp müəmmalı tvitində bildirib. Şərhçilər hesab edir ki, prezident məhz Bağdadinin öldürülməsinə işarə verib.
Bəs Bağdadi kimdir? Öncə bu barədə qısa arayış verək.
İbrahim Əvvad əl-İbrahim Əbdülmumin Əli Əl-Bədri 1971-ci ildə İraqın Samira şəhərində doğulub. Ləqəbi Əbu Bəkir Əl-Bağdadi olan şəxs diktator Səddam Hüseynin vaxtında Samirrada “Əhməd bin Hənbəl” məscidinin imamı olub. O, həmçinin paytaxt Bağdadda “Əl Kubeysi” məscidində də xütbə oxuyub. Əl-Bağdadi Tikrit Universitetində təhsil alıb və İslam elmləri ilə bağlı doktorluğu müdafiə edib. Bağdadi təhlükəli, eyni zamanda, terror təşkilatının hiyləgər lideri sayılır. O, “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasına rəhbərlik edir. Terrorbaşı həmçinin özünü xəlifə kimi görürdü və müsəlmanların ona biyət etməsini zorla həyata keçirmək niyyətində idi.
Hərbi mənbələrə əsasən, ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra məscid imamı yavaş-yavaş alətə çevrilməyə başlayıb. O, Amerikanın nəzarətində olan Kamp Bukka həbsxanasında 5 il məhbus həyatı yaşayıb. Əl-Bağdadinin işğal etmək, baş kəsmək və terror aktı törətmək kimi fikirləri də bu həbsxanada formalaşıb. Əl-Bağdadi həbsxanadan çıxdıqdan sonra 2010-cu ildə “İŞİD” qruplaşmasının lideri olub. O, bu vəzifəyə 2010-cu ilin aprelində ABŞ və İraq qoşunlarının Sisar bölgəsində birgə keçirdiyi əməliyyat zamanı Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl-Mühacirinin öldürülməsindən sonra keçib.
İŞİD lideri apardığı mübarizəni İslam dövləti yaratmaq istəməsi ilə əlaqələndirir. Terrorçularına insanları qətlə yetirmək, məscidləri partlatmaq və şəhərləri talan etmək əmri verən Əl-Bağdadi İslam adı altında bu cinayətləri həyata keçirib.
“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, Tramp bu barədə yazıbsa, deməli məsələ ciddidir: “Hesab etməyin ki, Bağdadinin öldürülməsi İŞİD-in zəifləməsinə təsir etməyəcək. Hər halda Bağdadi liderdir və neçə illərdir ki, bu terror qruplaşmasını yaradıb, rəhbəri olub. Liderin öldürülməsi təşkilata böyük zərbədir. Ola bilsin ki, Bağdadi sağ qalsaydı, nə zamansa İŞİD-i yenidən dirildə bilərdi. Lakin hesab etməyin ki, İŞİD təkcə Bağdadidən ibarətdir. Hər halda onun öldürülməsi bu qruplaşma üçün böyük zərbədir. Necə ki, Bin Ladenin öldürülməsi ”əl-Qaidə"nin zəifləməsinə səbəb oldu, İŞİD üçün də Bağdadinin öldürülməsi eyni nəticəni verə bilər. İŞİD onsuz da zəifləmişdi və bundan sonra daha da zəifləyəcək. Bağdadinin öldürülməsi İŞİD-in tamamilə məhv olması, sona qədər zəifləməsi də deyil. Bilirik ki, terror təşkilatları adətən müəyyən dövlətlərin əlində vasitə olur. Bəzən bir dövlət bu terror qruplaşmasını məhv etməyə çalışır, digəri isə bundan yararlanmaq istəyir. Hazırda Suriyadakı proseslər elə gedir ki, perspektivdə Rusiyanı hədəfə almaq üçün ola bilsin, ABŞ-ın İŞİD-i gücləndirməyə ehtiyacı olsun. Məqsəd də güclənən İŞİD-in hədəf olaraq Rusiyanı seçməsidir. Rusiyanı seçərsə, terror bu dövlətin ərazisinə keçə bilər. Nəticədə bu, Rusiya üçün böyük problemlər yaradar. Yəni İŞİD-in tezliklə ləğv edilməsi inandırıcı görünmür. O mənada ki, İŞİD-dən Rusiyaya qarşı istifadə etmək mümkün ola bilər".
Ekspert bildirib ki, İŞİD birbaşa olaraq Cənubi Qafqazı hədəfə almayıb: “Bu ərazilər İŞİD tərəfindən hədələnib. Konkret olaraq İŞİD müsəlman ölkəsi kimi Azərbaycanı hədəf götürməyib. Ancaq hər dəfə oradakı azərbaycanlıların əli ilə hədələyib. Məndə olan məlumata görə, burada müəyyən cəhdlər olub, ancaq qarşısı alınıb. İŞİD hazırda özünün təmərküzləşmə prosesinə başlayıb. Onlar daha çox Əfqanıstan tərəfində toplanıblar. Bu baxımdan hazırda İŞİD-in Cənubi Qafqaz üçün təhlükəsi ön planda deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2019, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2019, 09:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24