1934-cü ildən sonra Bakıda belə isti olmayıb - RƏSMİ
“Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında 21-25, dağlıq ərazilərdə 18, Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir”.
Bunu APA -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub: "Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və 27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci ildə Bakıda 32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2019, 15:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2019, 15:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 18:13
Məzahir Pənahov: "Bələdiyyə seçkisinin nəticələri ilə bağlı müraciət etmək üçün son gündür"
Dünən, 18:03
Məzahir Pənahov: "Bələdiyyə seçkisinin nəticələri ilə bağlı müraciət etmək üçün son gündür"
30-01-2025, 12:48