"Nə Əli İnsanova qız verirəm, nə ondan qız alıram” - Hikmət Hacızadə
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) üzvü, politoloq Hikmət Hacızadə müxalifətin hazırkı vəziyyəti, Müsavat başqanı Arif Hacılının dəyirmi masa təklifinə dəvət alması, keçmiş nazir Əli İnsanovun da gözlənilən iştirakı və gündəmdəki digər məsələlər barədə suallarımızı cavablandırıb. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Hikmət bəy, müxalif düşərgədə son dinamikanı müşahidə etsək, seytnot vəziyyətindən çıxa bilirlərmi?
- Mən belə hesab eləmirəm. Siyasətlə məşğul olmaq meydanı çox daralıb. Müxalifət üçün vəziyyət ağırdır, çətindir. Bununla belə, onlar fədakarlıq edirlər, təslim olmurlar, sözlərini deyirlər, mübarizəni davam etdirirlər. Əslində, mən bunu mənəvi mübarizə kimi qiymətləndirərdim. Demokratik dövlətlərdə fəaliyyət üçün instrumentlər olmalıdır. Bu, beynəlxalq sazişlərdə, Azərbaycanın götürdüyü öhdəliklərdə öz əksini tapıb. Amma hələ də həbslər var...
- Arif Hacılı müxalifətin dəyirmi masasına sizi də dəvət edib. Özü dəvət üçün zəng eləmişdi?
- Yox, Arif Hacılı mənə zəng etməmişdi. Sadəcə, dəyirmi masa ilə bağlı təklifi facebook səhifəsində paylaşarkən adımı da taq etmişdi, yəni səhifəmə qoymuşdu. Mən də adımı gördüm. Sonra onun adamlarından kimsə dəqiqləşdirmək üçün mənə ya zəng eləmişdi, ya yazmışdı ki, iştirak edəcəksinizmi, dedim ki, bəli, tədbirdə iştirak edəcəyəm. Çünki müzakirələr aparmaq vacibdir. İndiki halda çıxış yolları axtarmaq, fikir mübadiləsi aparmaq, təklifləri nəzərdən keçirmək labüddür.
- Amma Müsavat Partiyasından getmisiniz, yenidən Arif Hacılı ilə bir araya gəlmək...
- Mən Müsavatdan getmişəm, ölkənin demokratik mübarizəsindən getməmişəm. Həmin Hikmətəm, bu ölkədəyəm, mübarizədən çəkilməmişəm. Düşünürəm ki, Arif bəy düzgün təklif irəli sürüb. Yerdə qalan müxalif qüvvələr diskussiya aparmalıdır. Ola bilər ki, kimsə başqa cür yol görür. Bu mənada ortada qalan yararlı demokratik qüvvələr mövcudluğunu göstərməlidir. Bir yerə yığışmaq lazımdır. Düzdür, hələ dəyirmi masa baş tutmayıb, amma indidən çoxlu suallar verilir, cəmiyyətin marağı var.
- Bir yerə toplaşmağın vacibliyini qeyd edirsiniz, o zaman Müsavatda qalardınız, daha çox kömək etmiş olardınız. Elə deyilmi?
- Xeyr, demokratiya naminə Müsavat Partiyasından getməyim xeyirli idi. Mən hansısa məsələlərlə razılaşmamışam, partiyada təkliflərim qəbul olunmayıb. Vacib deyil ki, partiyada qalasan. Mən hər cür dialoqa hazıram, çəkinmirəm, heç bir kompleksim yoxdur. Ola bilər ki, hansısa təkliflərlə bağlı razılığa gələ bilərik.
- Siz dəyirmi masada hansı məsələləri qaldıracaqsınız, əsas problemlər nədir?
- İlk növbədə ökədəki ictimai-siyasi vəziyyət, hökumətin son addımları və planlaşdırdığı dəyişiklikləri müzakirə etməliyik. Ondan sonra Azərbaycanın gələcəyi danışılmalıdır. Biz bilməliyik ki, “A”, yoxsa “B” yolu ilə getsək daha mütərəqqi olar. Eyni zamanda həmin görüşdə müxalifət partiyalarının əməkdaşlıq məsələləri qaldırıla bilər. Yəni bir-birini söyməmək, xırdalığa getməmək... Mən həmişə demişəm ki, hamıya kömək etməyə hazıram. Çünki hamı da mənə kömək edib.
- Sizin üçün dəyirmi masanın Müsavatın qərargahında, yoxsa hər hansı yerdə təşkil edilməsinin bir əhəmiyyəti var?
- Əsas məsələ bizim bir araya gəlib vacib mövzuları müzakirə etməyimiz olmalıdır. Mənim üçün heç bir fərqi yoxdur ki, tədbir harada keçiriləcək. İntəhası, hakimiyyət müxalifətçilərin az qala çayxanada çay içməyinə də imkan vermir. Amma yaxşı olar ki, Müsavatda keçirilsin. Hər halda, qərargahda olan tədbirə müdaxilə etməzlər.
- Hikmət bəy, İsa Qəmbərlə münasibətiniz necədir, həmin tədbirdə üz-üzə gəlməkdə heç bir problem yoxdur ki?
- İsa bəylə insani münasibətlərimiz normaldır. Müsavatdan çıxandan sonra üz-üzə də gəlmişik, söhbətləşmişik. Təbii ki, hər kəs öz fikrində qalıb, söhbət əsnasında qanqaraçılıq olmayıb. Amma bu tədbir həm Müsavat, həm ümumi demokratiya hərəkatı üçün xeyirlidir.
- Dəvət alanlardan biri də Əli İnsanovdur. Siz heç onunla görüşmüsünüz?
- Mən indiyə qədər Əli İnsanovla görüşməmişəm. Əli İnsanov mübahisəli fiqurdur, onun keçmişini qəbul etmirəm və elədiklərini heç kəs unutmayıb. Amma elədiklərinə görə əziyyətini də çəkdi, sınmadı. Hər halda, onunla söhbətləşmək olar. Mən nə İnsanovun partiyasına daxil oluram, nə də o mənim partiyama.... O istəyir ki, siyasi aktivlik göstərsin, bunu da prinsipcə dəstəkləyirəm. Yenə deyirəm ki, heç nə unudulmayıb. Amma bu gün onunla danışmaq olar. Çünki möhkəm durub, etirazlarını da eşidirik.
- Kriminal avtoritet də sınmır, sizcə, bu, göstərici olmalıdır?
- Sınmamaq göstəricidir. Kriminal və avtoritet ayrı-ayrı sözlərdir. O qədər satılan var ki... Arasında sınmayan görəndə adamın ağlına başqa fikirlər gəlir. Bu yerdə mənim məşhur kəlamım yada düşür: adam gərək kişi olsun, kişi də gərək adam olun. Ancaq bu fikrimi mütləq qeyd edin - ilk addımda gərək kişi olasan, sınmayasan. Yəni ilk məsələ kişilik olmalıdır, sonra adamlıq gəlir. Kişi olmasan, adam ola bilməzsən.
- Amma istər-istəməz adamın gözünün qabağına mənzərə gəlir: demokrat Hikmət Hacızadə ilə korrupsioner keçmiş nazir demokratiya üçün bir masa ətrafında...
- Mən ondan qız almıram ki?! Nə ona qız verirəm, nə ondan qız alıram. Əli İnsanovu hələ ki müxalifətçi demokrat kimi qəbul etmirəm. Onu ictimai fiqur sayıram.
Bilirsiniz, yaddaşımızda feodal şeylər qalıb. Həddindən artıq maksimalizm var. Amma real həyatda belə olmur. Sizin dediyiniz gənc dəliqanlı psixologiyasıdır. Mən erməni ilə də danışıqlarda iştirak eləmişəm. İndi nə edim, görüşməyim?
- Ümumən, bu görüşü müxalifətin birləşməsi üçün ilk addım kimi dəyərləndirmək olarmı?
- Birgə əməkdaşlığın metodları, üsulları var. Ümumi prinsiplər ortaya qoyulacaqsa, mümkündür, amma hansısa lider ətrafında birləşməsinlər. Əslində müxalifətdə indi də əməkdaşlıq var, bir-birini dəstəkləyirlər, meydanda tək qoymurlar. Məsələn, hansısa cəbhəçi həbs ediləndə Müsavat bəyanat verir, hansısa müsavatçıya təzyiq olanda AXCP mövqeyini bildirir. Müxalifətin ümumi mənafe naminə, demokratiya üçün toplantıları olanda Müsavat qərargahını ayırır. Hər seçkidə ciddi şəkildə əməkdaşlıq edirlər. Heç eşitmisən ki, seçkidə AXCP ilə Müsavat bir-birinin mövqelərini vursun, namizədlərinə mane olsun?
Düzdür, müxalifətin birləşməsi alınmır. Amma bu dəyirmi masada cari mübarizənin müzakirəsindən söhbət gedir. Ola bilsin ki, bu yığışmaq həm də seçkiyə görədir. Amma parlament seçkilərinə hələ bir il var, həyatın işini bilmək olmur.
- Bizim bu daxili siyasətin sərhədlərindən çox uzaqda, daha doğrusu, Yaxın Şərqdə terrorçubaşı İŞİD lideri Əbubəkr əl-Bağdadi özünü partlatdı. Nə bin Laden, nə əl-Bağdadi diri ələ keçirilmədi ki, mühakimə olunsunlar. Sizcə, bu faktların özü həmin təşkilatların ABŞ tərəfindən maliyyələşdirilməsi şübhələrini gücləndirmirmi və yeni bir terror şəbəkəsi üzə çıxacaqmı?
- Trampın açıqlaması oldu ki, İŞİD rəhbərini mühasirəyə alanda təslim olmayıb, əməliyyat zamanı ailə üzvləri ilə birlikdə özünü partladıb. Amma istisna etmirəm ki, yeni bir terror təşkilatı üzə çıxsın. Ümumdünya terror hərəkatı qurtarmayacaq. Ümumiyyətlə, Amerika sovet hökumətinə qarşı “Taliban”, “Əl-Qaidə” kimi silahlı terror təşkilatlarından istifadə edirdi. Bu regionda kommunizm yayılmasın deyə onlara silah verirdi, islamçıları gücləndirirdi. Sonra bu təşkilatlar böyük gücə sahib oldular, heç kəsə qulaq asmadılar, nəzarətdən imtina elədilər. Eyni proses İŞİD-lə bağlı yaşandı.
Amerika çalışdı ki, Suriya prezidenti Bəşər Əsədə qarşı eyni metoddan istifadə eləsin. Və bilirsiniz ki, bir sıra ölkələr, onların adlarını çəkmirəm, bu prosesdə İŞİD-ə kömək edirdilər. Sonra İŞİD qüdrətləndi, özünü dövlət elan etdi, nəzarətdən çıxmağa başladı və bəyan elədi ki, əsl Allah adamı bizik. Mən belə deyərdim - Amerika maliyyələşdirir yox, maliyyələşdirirdi. Qərb, NATO kommunizm ideyalarına qarşı özləri vuruşmaq istəmirdilər, aldadılmış islamçı gəncləri qabağa salırdılar.
Amma Bağdadinin ölümü ilə qlobal terrorizmlə mübarizə başa çatmayıb, çox güman ki, yeniləri meydana çıxacaq. Hətta türkmən əsilli Qardaş adlı şəxs özünü Bağdadinin varisi elan edib...
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-10-2019, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-10-2019, 08:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24