İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi zərərlə işləməsinin səbəblərini açıqlayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi indiyə qədər zərərlə işləməsinin səbəblərini açıqlayıb.
regionxeberlericom.az-un "Report"a istinadən məlumatına görə, qurumun açıqlamasında deyilir ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmayıb. Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilib.
Bununla da illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurub.
Agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığortahaqları hesab edilir. Sığortahaqlarının yığımı 2018-ci ildə olmadığı, həmçinin dövlət büdcəsindən daxil olan məbləğlər gəlir kimi tanınmaması ilə əlaqədar ötən il zərərlə bitib. Ötən ilin tanınmış gəlirləri isə cəmi 1,543 milyon manat olub ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir. Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30,34 milyon manat təşkil edib, Agentliyin ümumi və inzibati xərcləri 11,306 milyon manat təşkil edib.
Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon manat, balans kapitalı 70,536 milyon manat təşkil edib. Qurumun aktivləri 73,609 milyon manat təşkil edib ki, bu aktivlərin 85%-i uzunmuddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri 3,073 milyon manat olub.
"Agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyil. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur. Bu da, öz növbəsində, hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir", - açıqlamada deyilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2019, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2019, 16:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01