Zərdab sakini mətbuat vasitəsi ilə prezidentə müraciət etdi -(VİDEO)
regionxeberlericom.az-a Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubunu və video müraciəti oxuculara təqdim edirik.
“Möhtərəm Prezident!
Məni bu qaydada internetdə çıxıb sizə müraciət etməyə məcbur edən Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində İstintaq şöbəsinin rəisi Nemət Əvəzov onun müavini Vahid Məmmədov və Korrupsiyaya qarşı Mübarizə idarəsinin mühüm işlər üzrə müstəntiqi işləmiş hal-hazırda Biləsuvar rayonuna prokuror təyin olunan Camal Bağırovdur. Ən əsası da bu adamların sifarişi ilə qanunsuz qərarlar və qətnamələr qəbul edən Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadovdur.
Dəfələrlə mən Sizə və müxtəlif dövlət orqanlarına müraciət etmişəm. Zərdab rayon Maliyyə İdarəsinin müdiri Məmmədov Sakit İfrat oğlunun ali təhsil almadan cinayət yolu ilə əldə etdiyi diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı bu günə qədər gizlədilir. Mənim şikayətimə baxılmır.
Mən Sizin siyasətinizi dəstəklədiyim və Sizin dediklərinizə əməl etdiyim üçün bu gün mənəvi terrora məruz qalmışam. Mənə adlarını saydığım vəzifəli şəxslər işgəncələr və zülmlər edirlər. Mən Sizə arxayın olaraq sözümü demişəm və dediyiniz qaydada hərəkət etmişəm. İndi Sizin siyasətinizi dəstəkləyən vətəndaş olaraq, Sizi ölkəmizin qurucusu, atanız, ulu öndər Heydər Əliyevin ruhuna and verirəm ki məni şəxsən qəbul edəsiniz.
Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadovun əlindən rayona çıxa bilmirik. Sizin adınızı çəkib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına ərizə deyən kimi, bizi çağırıb cərimə edir. Siz özünüz demisiniz ki, mənə internetlə, elektron poçtla məktublarınızı göndərin. Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadov mənim sizə ünvanladığım ərizələri internetdən çıxarıb, gətirib düzüb stolun üstünə ki, sən prezidentə göndərdiyin bu məktublarla qarşı tərəfin şərəf və ləyaqətin təhqir etmiş olursan. Hansı ki, həmin qarşı tərəf cinayət törədib.
Olmazın zülmlərə məruz qalmışıq. Tahir Qubadov Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin kurasiyasındadır. O, Zərdab rayon Məhkəməsində Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov və DSMF-nin Zərdab rayon İdarəsinin müdiri Canpolad Vəliyev kimi məmurların törətdikləri cinayətləri gizlətməklə qanunsuz qərarları qəbul edərək göndərir Şəki Apellyasiya Məhkəməsinin hakimi həmin Mahir Əsədlinin yanına və zəng edərək ona deyir ki, varlı, imkanlı idarə müdirləriini göndərmişəm yanına. Mən həmin Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin sədrlik etdiyi məhkəmənin iclasında iştirak etdim. Hakim Mahir Əsədli mənə sual verdi ki, "sənin nəyinə lazımdır ki, Məmmədov Sakit cinayət yoluyla əldə etdiyi diplomla işləyir? Sən neynirsən, o, necə işləyir?". Mən onun bu sualına heç bir cavab verə bilmədim.
Tahir Qubadov Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanovun və Korrupsiya İdarəsində adlarını çəkdiyim şəxslərin sifarişini yerinə yetirir. Bu adamın dövlətin qanunlarından xəbəri yoxdur. OMBUDSMAN xanım Elmira Süleymanova Korrupsiyaya Qarşı Mübarizə İdarəsininin rəisi Kamran Əliyevə məktub göndərib ki, vətəndaş Mirzəyev Rövşən Cəfər oğlunun 2015-ci ildən etdiyi şikayətlərin nəticəsi barədə məlumat verin. Baş nazirə məktub ünvanlamışam. O da göndərib Maliyyə Nazirliyinə. Nazirlikdə də Namiq Süleymanov imkan vermir ki, mənim şikayətim qanuna müvafiq araşdırılsın.
İndi qalmışam çıxılmaz vəziyyətdə. Bilmirəm, mən hansı səhfi etmişəm ki, bunlar mənə qarşı bu hərəkəti edirlər. Görün, məni Tahir Qubadov nəyə görə cərimə edib. Mən Sizə müraciət etmişəm ki, Maliyyə İdarəsinin müdiri cinayət yoluyla diplom əldə edib. Buna görə məni cərimə edir ki, mən cinayətkarın ifşa olunması üçün məlumat vermisəm. Belə şey dünyada olmayıb. Cinayətkarı ifşa edəsən, əvəzində buna görə cərimələnəsən. Tahir Qubadovun məqsədi biz vətəndaşları Sizə qarşı qoymaqdır.
Fürsətdən istifadə edib burdan birbaşa millət vəkilləri Siyavuş Novruzova və Elman Rüstəmliyə ki ölkə prezidentinin gördüyü işlərə kölgə salan məmurlardan danışırlar buyursanlar baxsınlar. Mən prezidentə məktub yazıram ki, cinayətkar ifşa olunsun əvəzində özüm cərimələnirəm. Oktay Əsədova əlli dənə ərizə göndərmişəm Bahar Müradovaya göndərmişəm.Fuad Ələsgərova bu qaydada məlumat verdim və şəxsən məni qəbul etməsini xahiş etdim.Amma bu günə kimi məktublarıma cavab verməyib. Bu günə kimi bəlkə də bu məsələ ilə bağlı otuz min məktub yazmışam .
Sonda cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanıma üz tututram və xahiş edirəm ki, ikinizdən biriniz məni beş dəqiqəlik də olsa qəbul edin. Mən Sizə çox arxayınam və ümidim var”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-03-2019, 20:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-03-2019, 20:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09