Gürcüstanda ev alan azərbaycanlılar: - Say artımının arxasındakı İLGİNC SƏBƏB
Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib ki, 2015-2018-ci illərdə Gürcüstanda 1 192 daşınmaz əmlak Azərbaycan vətəndaşlarının adına qeydiyyata alınıb.
Məlumdur ki, vətəndaşlarımız indiyədək daha çox Türkiyədən ev almağı üstün tuturdular. İndi isə Gürcüstana üz tutanlar artıb.
Azərbaycan vətəndaşlarında Gürcüstanda daşınmaz əmlak sahibi olmaq marağı nədən yaranıb?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli səbəbi Azərbaycan şirkətlərinin Gürcüstanda çoxmənzilli yaşayış binaları tikmələri ilə əlaqələndirib:
“Gürcüstanda, xüsusilə də Tbilisi şəhərində Azərbaycan şirkətləri hündürmərtəbəli, çoxmənzilli yaşayış binaları tikirlər. Birinci səbəb bununla bağlıdır. Həmin binalarda yerləşən mənzillərin bir hissəsi tikinti ərəfəsində bizim vətəndaşların adına sənədləşdirilir. Bina hazır olduqdan sonra tədricən satış həyata keçirir, ya Gürcüstan vətəndaşlarına, ya başqa ölkələrin vətəndaşlarına satırlar. İkinci bir səbəb isə iş adamları ilə bağlıdır. İş adamları harada bizneslərini qururlarsa, orada da yaşamaq üçün ev alırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-11-2019, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-11-2019, 17:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23