Sahə həkimlərinə tapşırıq verildi - SON 56 GÜN
2020-ci ilin 1 yanvar tarixindən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Artıq ərazi üzrə poliklinikalarda vətəndaşları qeydiyyatdan keçirmək üçün çağırış formasında olan plakatlar görürük.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Agentlik tərəfindən sığortaolunanların ilkin səhiyyə xidməti (İSX) üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası hazırlanır. İSX-nin üzərinə qoyulmuş öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi məqsədilə isə əhalinin müvafiq tibb müəssisələrinə təhkim edilməsi zəruridir:
“1 yanvar 2020-ci ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın (İTS) tətbiqinə başlanılacaq. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırlıq işlərinin aparılması istiqamətində bir sıra tədbirlər görülür. Belə ki, Agentlik tərəfindən sığortaolunanların ilkin səhiyyə xidməti (İSX) üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası hazırlanır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xidmətlər zərfinin baza hissəsinə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti bütün şəxslər üzrə dövlət büdcəsi hesabına göstəriləcək. İSX üzrə sığorta ödənişi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada tibbi ərazi bölməsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödəniləcək (maddə 15-15.1). İSX-nin üzərinə qoyulmuş öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi məqsədilə əhalinin müvafiq tibb müəssisələrinə təhkim edilməsi zəruridir. Nəticədə vətəndaşın sığortalı olub-olmamasından asılı olmayaraq İSX-yə təhkim olunması onun tibbi xidmətlərə əlçatanlığını təmin edəcək. İSX göstərən tibb təchizatçısı yalnız ona təhkim olunmuş sığortaolunanlara xidmət edəcək. Bütün bu qaydalar tələb edir ki, poliklinikalarda sahə həkimlərinə təhkim olunmuş vətəndaşların elektron formada qeydiyyatı aparılsın”.
Bu məqsədlə Agentlik tərəfindən Bakı şəhəri üzrə poliklinikalara müvafiq tapşırıq verilib:
“Sahə həkimlərinin və onlara təhkim olunan vətəndaşların elektron qaydada qeydiyyata alnması İSX-nin işinin düzgün tənzimlənməsinə və gələcəkdə vətəndaşın ilk növbədə ailə həkiminə (indiki halda sahə həkiminə) müraciətinə xidmət edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə ailə həkimi ixtisas həkiminə elektron göndəriş verə biləcək. Əks halda isə ailə həkiminə müraciət etmədən tibb müəssisəsinə gedən vətəndaş əlavə olaraq azadolma məbləği ödəyəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-11-2019, 11:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-11-2019, 11:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Dünən, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23