reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sumqayıtda sexdə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

reklam

Sumqayıtda sexdə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb


Sumqayıt şəhərində yerləşən poladəritmə sexində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

ONA-nın yerli bürosunun məlumatına görə, İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınan və ölümlə nəticələnən hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 22-də sexdə baş verən partlayış nəticəsində 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. M. Seyidəliyev xəstəxanada ölüb.


Paylaş:


Müəllif : Tarix:
28-03-2019, 10:17
Sikayət   


loading...
Загрузка...