reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Yüyürək at özünə qamçı vurdurmaz" — Azərbaycanlı alim qadına qarşı şiddəti dəstəklədi

reklam

"Yüyürək at özünə qamçı vurdurmaz" — Azərbaycanlı alim qadına qarşı şiddəti dəstəklədi


Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında ekspert qismində iştirak edən Sabir Əlihüseynlinin çıxışı hiddətlə qarşılanıb.
regionxeberlericom.az baku.ws-ə istinadən xəbər verir ki, akademik və fəlsəfə doktoru kimi təqdim edilən alim proqrama kömək üçün üz tutan qadının əri tərəfindən vəhşicəsinə döyülməsinə haqq qazandırıb.
"Ata-baba misalımız var: "Yüyrək at özünə qamçı vurdurmaz". Bu qadın döyülübsə, öz günahı olmamış deyildir!"
Ziyalı birinin qadını atla müqayisə etməsi və şiddəti dəstəkləməsi hər kəs tərəfindən təəssüflə qarşılanıb. Onun belə bir fikir səsləndirməsi qadınların qəzəbinə səbəb olub və sosial şəbəkənin qadın istifadəçiləri ona etiraz ediblər.
Maraqlıdır ki, həmin bu Sabir Əlihüseynli Moldovadan gələn Svetlana adlı rus xanımın Azərbaycandan olan ailəli kişi ilə eyni evdə yaşamasına haqq qazandırıb.
Qeyd edək ki, Sabir Tağıyev (Əlihüseynli) Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, pedoqoji elmlər namizədidir.




Paylaş:


Müəllif : Tarix:
6-11-2019, 13:17
Sikayət   


loading...
Загрузка...