“Bunlar nəyi icra edir ki, hələ icra başçısı da işləsin”
“Əvvəllər Raykom katibləri başqa işlərlə də məşğul oldurdular, onda kolxoz var idi, orda da işlədikləri üçün vətəndaşları hər gün qəbul edə bilmirdilər”
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov icra hakimiyyətlərinin fəaliyyəti haqda danışarkən deyib.
R.Mahmudov bildirib ki, icra başçıları istənilən vaxt vətəndaşları qəbul edib, onların probleminin həllinə çalışmalıdır:
“Ümumiyyətlə, məmurlar istənilən vaxt vətəndaşları qəbul edib, onların problemləriylə maraqlanmalıdır. Əvvəllər Raykom katibləri başqa işlərlə də məşğul oldurdular, onda kolxoz var idi, orda da işlədikləri üçün vətəndaşları hər gün qəbul edə bilmirdilər. İndi icra başçılarının vətəndaşları qəbul etməkdən başqa elə bir işləri yoxdur. Onlar insanların dərdinə şərik olmalıdırlar. Başqa nə iş görürlər ki? Bir müddət sonra icra hakimiyyətləri də ləğv ediləcək və rayonlara bələdiyyələr rəhbərlik edəcək. Çünki icra hakimiyyətləri imkan vermir bələdiyyələr işləsin. Bunlar nəyi icra edir ki, hələ icra başçısı da işləsin”.
Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Elnur Rzayev vətəndaş qəbulu günlərini aradan qaldırıb. Yəni bundan sonra vətəndaş istədiyi vaxt E.Rzayevlə görüşə biləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-11-2019, 19:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-11-2019, 19:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38