Ali Məhkəmə İlqar Məmmədovla bağlı qərar verdi
Ali Məhkəmədə REAL Partiyasının sədri İlqar Məmmədovun barəsində Şəki Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, İ.Məmmədovun şərti cəzası 5 il 6 ay 9 günə endirilib və bu müddət çəkilmiş hesab edilib.
Qeyd edək ki, ötən ilin avqustun 13-də Şəki Apellyasiya Məhkəməsində hakim İ.Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi altı il müddətinə şərti cəza ilə əvəz edilib.
Xatırladaq ki, İ.Məmmədov və Müsavat Partiyası başqanının keçmiş müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov yeddi il, T.Yaqublu isə beş il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib.
Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər.
Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.
T.Yaqublu əfv sərəncamı ilə azadlığa buraxılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-03-2019, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-03-2019, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29