Prosesə start verildi: Övladlığa verilmə ilə bağlı müraciətlərin qəbuluna başlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və DOST Mərkəzinə övladlığa uşaq götürmək üçün müraciətlər daxil olub. regionxeberlericom.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov məlumat verib.
O bildirib ki, həmin şəxslər müraciət etdikcə, qeydiyyata alınır. F.Ələkbərov deyib ki, övladlığa verilmə ilə bağlı qanuna dəyişiklik öz təsdiqini tapdıqdan sonra digər hüquqi prosedurların da aparılmasına başlanılacaq: "Artıq övladlığa veriləcək uşaqlar "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" alt sisteminə daxil edilib. Bizə övladlığa uşaq götürmək üçün müraciət edənlər qeydiyyata alınır. Onlara alt sistemdə yaradılan iki bölmə üzrə xidmət göstərilir. Bu bölmələrdən biri övladlığa uşaq götürmə ilə bağlı hüquqların yoxlanılması digəri isə istəklərinə uyğun uşağın olub-olmadığının yoxlanılması ilə bağlıdır. Belə ki, övladlığa uşaq götürmək üçün Nazirliyə və DOST Agentliyinə müraciət edən vətəndaşlar bu iki bölmədən istifadə edərək övladlığa uşaq götürmək hüquqlarının yaranıb-yaranmadığını yoxlayırlar. Daha sonra isə alt sistemdə öz istəklərinə uyğun uşağın olub-olmaması barədə məlumat əldə edirlər".
F.Ələkbərov bildirib ki, övladlığa uşaq götürmək üçün müraciət edənlərdən neçə yaşa qədər oğlan və yaxud da qız uşağı övladlığa götürmək istədikləri öyrənilir. Şöbə müdirinin sözlərinə görə, hazırda övladlığa uşaq götürmək üçün müraciət edənlər əsasən üç yaşa qədər uşaqları götürmək arzusundadırlar. Bu isə uşaqların kiçik yaşdan onlara uyğunlaşması, onları öz valideyni kimi tanıması istəyi ilə bağlıdır. F.Ələkbərov övladlığa götürmə ilə bağlı müraciət edənlər arasında əcnəbilərin də olduğunu söyləyib.
Qeyd edək ki, noyabrın 1-də övladlığagötürmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçib. Hazırda ölkədə övladlığagötürmə sistemi ciddi şəkildə təkmilləşdirilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Artıq övladlığagötürmə ilə bağlı qanunvericilik aktlarındakı dəyişikliklər Milli Məclisdə müzakirə olunub. Yaxın vaxtlarda Milli Məclis tərəfindən bu aktların qəbul ediləcəyi və növbəti mərhələdə ölkə başçısı tərəfindən imzalanacağı gözlənilir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tam hüquqlu şəkildə yeni sistem üzərində bu proseslərin tənzimlənməsinə başlayacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-11-2019, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-11-2019, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24