Bələdiyyə sədrinin saçını kəsib, üzünə boya atdılar - Video
Boliviyada mübahisəli seçki nəticələrindən sonra insanlar küçələrə axın ediblər. Məlumata görə, bu günə qədər qarşıdurmalarda 1 nəfər ölüb, 89 nəfər isə yaralanıb.
regionxeberlericom.az "haberler.com"a istinadən xəbər verir ki, müxalif nümayişçilər qadın bələdiyyə sədri Patrisia Arceyə işgəncə veriblər. Saçları zorla kəsilən bələdiyyə sədri küçədə yalın ayaqla gəzdirilib.
Ölkənin Vinto adlı bölgəsində bələdiyyə binasına hücum edən müxaliflər, iqtidar partiyası olan Sosializm Hərəkatına mənsub qadın bələdiyyə sədri Patrisia Arceni binadan zorla çıxarıblar.
Bələdiyyə binasını yağmaladıqdan sonra yandıran nümayişçilər girov götürdükləri və işgəncələrə məruz qoyduqları qadın məmuru bir müddət sonra polisə təhvil veriblər.
Müxaliflərin söyüşlərinə və fiziki təzyiqinə məruz qalan qadın siyasətçinin saçlarının zorla kəsildiyi, üzünə və bədəninə boya, zibil atıldığı bildirilir.
Baş vermiş hadisə ilə bağlı görüntülər sosial mediada yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-11-2019, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-11-2019, 14:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:49
"Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
Dünən, 10:14
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
1-02-2025, 18:13