Aprel şəhidimizin anası vəfat etdi - Fotolar
2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Təbriz Əsgərovun anası Kifayət xanım vəfat edib.
Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə yazıb.
“Təbriz Əsgərov xüsusi təyinatlı idi. “Gecə canavarı” deyirdilər adına. 2016-cı ilin aprelində qələbə şərbətini başına çəkəndən sonra, Talış yüksəkliyində qəhrəmanlıqla həlak olan şəhidlərimizdəndir. Onun evinə Şəmkirin Morul kəndinə gedəndə anası ilə görüşüm çox ağır olmuşdu. Uca boylu Kifayət xanımı Burla xatuna bənzətmişdim.
Danışmamışdı mənimlə. Oğlunun otağına aparmışdı məni. Bəy otağı bəzəmişdi Təbriz üçün. Nalə çəkib ağlamışdı yanımda. Deyəcəklərini haray kimi ürəyimə yazmışdı. O hər gün oğlunun bəy otağına gedir, Təbrizdən qalan paltarları açıb qarşısına düzür, quzu kimi mələyirdi, qurd kimi ulayırdı. İndi xəbər gəldi ki, oğlunun həsrətinə tab gətirməyən ana, oğlunun yanına köçüb. Çox üzüldüm…”, – deyə Aida Eyvazlı yazıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-03-2019, 18:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-03-2019, 18:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 15:26
ELMAR VƏLİYEVİN OĞLU QAZİNİN TORPAQ SAHƏSİNİ ZƏBT EDİB – “Mənə deyirlər ki, Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”
Dünən, 08:27
400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...
Dünən, 08:22
Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti
18-09-2024, 17:48
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir
18-09-2024, 17:46
"Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır" - Ceyhun Bayramov
18-09-2024, 11:46
Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...
18-09-2024, 10:19
İmişli məktəbində sanitar qovşağın vəziyyətini ictimailəşdirən müəllim işdən çıxarıldı VİDEO
18-09-2024, 10:16
Adil Məmmədovu oliqarxlığa aparan yollar 30 ildə haralardan keçib - İLGİNC İDDİALAR...
18-09-2024, 09:18