“Gələn il pensiyaların və əmək haqqlarının artım tempi yerində saymayacaq və...” - Hadı Rəcəbli
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi yadda qaldı: “Belə ki, iki paket fərman və sərəncamlarda Azərbaycan əhalisinin 4,2 mln nəfəri, təxminən 3 mlrd manat civarında sosial müdafiə ilə əhatə olundu, vətəndaşlarımızın böyük bir qrupunun ödənişləri 40%-dən 2 dəfəyə qədər yüksəldi. 2020-ci ilin ilkin büdcə müzakirələri bir daha onu göstərdi ki, təkcə 2019-cu il yox qarşıdan gələn bütün illər rəqəmlərin diliylə desək, zaman-zaman sosial siyasətin yaxşılaşdırılması və müdafiənin daha da gücləndirilməsi illəri olacaqdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələn ilki büdcəmiz təxminən 27 mlrd manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi 39.5%-i bilavasitə sosial məqsədlərə yönələcəkdir”.
H.Rəcəbli gələn il üçün sosial müdafiənin güclənməsinə yönəlmiş bəzi rəqəmləri xatırlatdı: “Təkcə əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılacaq tədbirlərə gələn il bu ilə nisbətdə 44% çox vəsait ayrılır. Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30% artırılacaq və bu hesaba əlavə 13 min ailənin müavinət almaq imkanları artacaqdır. Belə ailələrin sayı 90 mini ötəcəkdir. Hörmətli deputat həmkarlarım, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilə olan büdcəsi artıq bir neçə müddətdir ki, sizə paylanılmışdır. Siz bu istiqamətlərlə və rəqəmlərlə tanış olmuşsunuz. Bir də xatırladıram ki, gələn il üçün bu büdcədə 4 mlrd. 825mln 508min 800 manat vəsait nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 697,41 mln manat və ya 17% çoxdur. Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42%-dən gələn il üçün 29%-ə enərək 1 mlrd 427 mln manat təşkil edəcək. Onu da qeyd edim ki, bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaq. Sevindirici hal bir də odur ki, prezidentimizin apardığı struktur islahatların səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması bu büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimallar var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqqlarının artım tempi yerində saymayacaq və davamlı surətdə çoxalacaq”.
Komitə sədri qeyd etdi ki, DSMF-nin xərclər qrafasında bu il üçün nəzərdə tutulmuş vəsaitlərin səmərəli istifadə edilməsi də təqdirəlayiqdir: “Sizə paylanan rəqəmlərdə, öz əksini bariz surətdə tapmasa da, əhaliyə göstərilən yüksək xidmət, yaradılan şəffaflıq, operativlik, müraciət edənlərin məmnunluğu bu qurumun həm də DOST xidməti vasitəsilə gördüyü təqdirə layiq işlərdəndir. Pensiyaların elektron qaydada ödənilməsi texnologiyası və bununla yanaşı artıq müavinətlərin 14 növünün bu qaydada paylaşılması məmur-vətəndaş təmasının sıfıra yaxınlaşmasına imkan yaradır. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm, son bir il ərzində bu qurum əhaliyə informasiya çatdırılması, sual-cavab təminatına geniş miqyasda şərait yaratmış, hər bir vətəndaşa çatmaq üçün təbliğat mexanizmlərindən təqdirə layiq istifadə edə bilmişdir. Belə ki, bu məqsədlər üçün saytlar, internet səhifələri yaradılmış və əhalini düşündürən suallara bu yolla operativ, təcili və dəqiq cavab tapıla bilinir. Açığını deyim ki, bu qəbildən parlamentə daxil olan şikayət və ərizələrin də sayı son vaxtlar xeyli azalmışdır. Komitə iclasında aparılan geniş müzakirələrdə bütün müsbət məqamlar və möhtərəm prezidentimizin bu sahədəki qarşıya qoyduğu vəzifələrin nazirlik tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulandı. Bununla yanaşı bir sıra problem və uyğunsuzluqlara da diqqət cəlb edildi. Belə ki, bir il ərzində üç minə qədər ünvanlı dövlət sosial yardımı sənədləşməsindəki nöqsanlar nazirlik tərəfindən aşkarlanıb və ləğv edilib. Əlilliyin müəyyələşdirilməsiylə bağlı nazirliyin yaratdığı elektron sistem son vaxtlar bəzi boşluqlarıyla və narahat görüntüləriylə sual doğurur. Çıxışlarda səsləndi ki, səhiyyə orqanları tərəfindən sənədlərin verilməsində pərakəndəliyin və sistemsizliyin mövcudluğu da buna səbəb olur”.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2019, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2019, 15:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56