Enerji Məsələlərini Tənzimləmə Agentliyi: Ən çox şikayət elektrik enerjisi təchizatı ilə bağlıdır
Bu ilin yanvar-oktyabr aylarında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 3 minə qədər şikayət daxil olub və onların əksəriyyətinə baxılıb.
regionxeberlericom.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Samir Axundov bildirib.
Bununla belə, o bəzi şikayətlərin rəhbərlik etdiyi quruma aidiyyətinin olmadığını qeyd edib.
“Şikayətlərin 2 008-i elektrik enerjisi təchizatı, 853-ü təbii qaz təchizatı, 19-u istilik təchizatı, 82-i kadrlarla bağlı olub. 15 müraciətin isə bizə aiddiyyəti olmayıb. Bu müraciətləri kargüzarlıq qaydasında müvafiq qurumlara yönəltmişik. 10 ay ərzində daxil olmuş müraciətlərin 2 538-i icra edilib, 120-i icradadır, 291-i məlumat üçün daxil olub, 28-i isə müştərək icra olunur”, - deyə o, qeyd edib.
S.Axundov həmçinin istehlakçılara müraciət edib: "Əgər sizin enerji, qaz və istilik təchizatı ilə bağlı hər hansı çətinliyiniz varsa, xahiş edirik bizə müraciət edin, biz də bu məsələləri araşdırıb həll edək. Bəzən biz istehlakçının hüquqlarını qorumaq üçün məhkəmələrə də müraciət edirik".
Paylaş:
Müəllif : Yazar
Tarix:18-11-2019, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-11-2019, 12:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:49
"Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
2-02-2025, 10:14
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
1-02-2025, 18:13